“Neftçi”nin estoniyalı sabiq futbolçusu: “Azərbaycan yığması oyunun favoritidir”
“Azərbaycan yığması Estoniya ilə oyunun favoritidir”.
“Report” xəbər verir ki, bunu “Neftçi”nin sabiq futbolçusu Dmitri Kruqlov AVRO-2024-ün seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan – Estoniya oyunu barədə danışarkən deyib.
39 yaşlı keçmiş müdafiəçi “rus.err.ee” saytına müsahibəsində həmyerlilərinin qələbə şansının az olduğunu bildirib: “Estoniya yığmasında ciddi itkilər var. Üstəlik, Azərbaycan yığması isti havada oynamağa öyrəşib. Həm bunlar, həm də ev sahibi olması Azərbaycan komandasına üstünlük qazandırır”.
Kruqlov “Dalğa Arena”da baş tutacaq görüşdə komandasının qol vuracağına ümid edir: “Estoniya millisinin hücum potensialına inanıram. Sergey Zenyov olmasa da, digər hücumçular yaxşı formadadırlar. Məncə, yığmamız səfərdə qol vuraraq, bukmeker kontorlarını yanıldacaq”.
Qeyd edək ki, Dmitri Kruqlov Azərbaycanda 2008-2010-cu illərdə “Neftçi”nin, 2010/2011 mövsümündə “İnter”in (indiki “Şamaxı”nın), 2014-cü ilin əvvəlində isə üç ay “Rəvan”ın formasını geyinib.

https://mail.qalaba.az//uploads/photo/neftchinin-estoniyali-sabiq-futbolchusu-azerbaycan-yigmasi-oyunun-favoritidir.webp











