Qusarda jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək

Qusarda jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək

Qusar Olimpiya İdman Kompleksində jurnalistlər arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə Zəfər Kuboku keçiriləcək.

"QELEBE.AZ"un məlumatına görə, 15-16 iyulda baş tutacaq yarış İdman Araşdırmalar Mərkəzi və Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu və Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə gerçəkləşəcək.

Zəfər Kubokuna hər birində 6 oyunçu olmaqla, ümumilikdə 6 komanda qatılacaq. Komandaların adları son iki ildə keçirilmiş analoji turnirlərdəki kimi, işğaldan azad olunmuş rayon və şəhərlərdən ibarət olacaq. Bütün oyunçular baş sponsor tərəfindən formalarla təmin olunacaqlar.

Reqlamentə əsasən, 6 komanda hərəsində 3-ü olmaqla, A və B qruplarına bölünəcək. İyulun 15-də qrup oyunları keçiriləcək. Qruplarda ilk 2 yeri tutacaq komandalar ertəsi gün çarpaz üsulla yarımfinalda üz-üzə gələcəklər. Yarımfinal cütlərinin qalibləri finala, məğlublar isə 3-cü yer uğrunda görüşə çıxacaqlar.

Komandalar Qusar Olimpiya İdman Kompleksinin kotteclərində qalacaq, bütün səfər və qidalanma xərcləri "Avrora Qrup"un hesabına ödəniləcək.

İlk 3 yerin sahiblərinə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, qalibə isə Zəfər Kuboku təqdim ediləcək.

Qeyd edək ki, püşkatma mərasimi iyulun 7-də Bakıda gerçəkləşəcək.

Komanda
Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər və idman mütəxəssisləri mükafatlandırılıb - SİYAHI

Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər və idman mütəxəssisləri mükafatlandırılıb - SİYAHI

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar