Avropa Oyunları: Muay-tay üzrə Azərbaycan millisi 3 medal təmin edib - YENİLƏNİB-3

Avropa Oyunları: Muay-tay üzrə Azərbaycan millisi 3 medal təmin edib - YENİLƏNİB-3

Muay-tay üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında 3-cü medalını təmin edib.

“QELEBE.AZ”un məlumatına görə, qadın idmançı Emili Rzayeva yarımfinala vəsiqə qazanmaqla bunu reallaşdırıb.

Onun 63,5 kq çəki dərəcəsində 1/4 final mərhələsindəki rəqibi Nora Kornelli (Fransa) çəkiyə gəlmədiyi üçün E.Rzayeva qalib elan olunub.

Qeyd edək ki, bu gün muay-tay üzrə Azərbaycan millisinin digər üzvləri Xəyal Əliyev (67 kq) və Aysu Devrişova (57 kq) yarımfinala adlayaraq, minimum bürünc medalı təmin ediblər.

20:04

Muay-tay üzrə Azərbaycan millisinin daha bir üzvü Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medalı təmin edib.

“QELEBE.AZ”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, qadınlar arasında 57 kq çəki dərəcəsində çıxış edən Aysu Devrişova yarımfinala yüksəlməklə buna nail olub.

18 yaşlı idmançı 1/4 final mərhələsində xorvatiyalı Zelyana Pitesa üzərində 30:26 hesablı qələbə qazanıb. O, iyunun 26-da yarımfinal görüşünə çıxacaq.

Qeyd edək ki, bu gün muay-tay üzrə Azərbaycan millisinin digər üzvü Xəyal Əliyev (67 kq) yarımfinala adlayaraq, minimum bürünc medalı təmin edib.

19:00

Muay-tay üzrə Azərbaycan millisinin üzvü Məhəbbət Hümbətov Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəni dayandırıb.

“QELEBE.AZ”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 71 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda məğlub olub.

O, yerli döyüşçü Yakub Rayevskiyə 28:29 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan millisinin digər üzvü Xəyal Əliyev (67 kq) yarımfinala vəsiqə qazanaraq, minimum bürünc medalı təmin edib.

17:01

Muay-tay üzrə Azərbaycan millisinin üzvü Xəyal Əliyev Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medalı təmin edib.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı buna yarımfinala yüksəlməklə nail olub.

Əliyev 1/4 final mərhələsində Giorgi Kleynə (Gürcüstan) qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl 2 qızıl, 1 gümüş və 2 bürünc əldə edib.

Fərdi
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Fərdi
Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Fərdi
Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Fərdi
Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

Fərdi
Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub