Azərbaycan Muay-Tay Federasiyasının prezidenti: “Bu, Azərbaycan üçün böyük qələbədir”

Azərbaycan Muay-Tay Federasiyasının prezidenti: “Bu, Azərbaycan üçün böyük qələbədir”

“Bu, Azərbaycan üçün böyük qələbədir”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayev millinin 3 üzvünün Polşada təşkil edilən III Avropa Oyunlarında yarımfinala vəsiqə qazanaraq, medalı təmin etməsi barədə jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəhbəri onlara dəstək verən Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib: “Yarışda artıq 3 medalı təmin etmişik. Yola davam edirik. Gənclər və idman naziri Fərid Qayıbovun gənclərə diqqət və qayğısı, nazirin müavini Mariana Vasilevanın onları birbaşa nəzarətdə saxlaması nəticəsində burada qələbələr qazanırıq. Azərbaycan qalib ölkədir, idmançısı da qalib olmalıdır”.

O, idmançıların gənc olmalarını xüsusi vurğulayaraq, onlardan gələcəkdə daha parlaq zəfərlər gözlədiklərini söyləyib: “Avropa Oyunlarına 4 idmançı ilə qatılmağımız onların yeni nəslin nümayəndələri olmalarından qaynaqlanır. Hələ cəmi 17 yaşları var. İdmançılarımızın gələcəkdə uğurlu nəticələri hələ çox olacaq. İnanıram ki, Azərbaycanın bayrağını qaldıracaq, himnini səsləndirəcəklər”.

Araz Musayev qadınlar arasında 63,5 kq çəki dərəcəsində Emili Rzayevanın 1/4 finaldakı rəqibi Nora Kornellinin (Fransa) çəkiyə çıxmamasının səbəbini də izah edib: “Emilinin rəqibi olan fransalı çox güclü idi və reytinq döyüşlərində iştirak edib. Onun artıq çəkisinin olduğunu dərhal hiss etmişdik. Buna görə çəkiyə gəlməsini tələb etdik. Həmin idmançı da döyüşdən imtina etdi”.

Qeyd edək ki, Azərbaycan muay-tay yığmasının 3 üzvü Emili Rzayeva (63,5 kq), Aysu Devrişova (57 kq) və Xəyal Əliyev (67 kq) yarımfinala adlayaraq, minimum bürünc medalı təmin ediblər. Məhəbbət Hümbətov (71 kq) isə 1/4 finalda məğlub olaraq, turnirlə vidalaşıb.

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Fərdi
Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Fərdi
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Fərdi
Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb

Fərdi
Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
Parisdə Fərid Qayıbovun sədrliyi ilə CİGEPS-in növbəti iclası öz işinə başlayıb

Parisdə Fərid Qayıbovun sədrliyi ilə CİGEPS-in növbəti iclası öz işinə başlayıb

Fərdi
AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

Fərdi
Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub