Nazir: “Bakıdakı konfransda rekord sayda ölkə iştirak edir”

Nazir: “Bakıdakı konfransda rekord sayda ölkə iştirak edir”

“Bakıda keçirilən MINEPS VII konfransında rekord sayda ölkə iştirak edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində baş tutan nazirlərin görüşündə deyib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi bu tədbirin təşkilatçılığı ilə bağlı müsbət rəy alır.

Onun sözlərinə görə, konfransa hazırlıq hələ 2022-ci ildə başlayıb və geridə qalan müddətdə xeyli iş görülüb.

F.Qayıbov “Fit for Life” təşəbbüsünün əhəmiyyətini də vurğulayıb:

“Biz bu məsələdə ümumi məqsədlərə can atırıq. Ümid edirəm ki, bugünkü qərarlar ölkələrimizdə idmanın inkişafına töhfə verəcək”.

Xatırladaq ki, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilir. Konfransda və onunla əlaqədar tədbirlərdə ümumilikdə 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli şəxs, eləcə də 540-dan çox nümayəndə iştirak edir.

Konfransın yekunlarına əsasən, UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki passivliyin azaldılması strategiyasının hazırlanmasıdır.

Fərdi
FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

Fərdi
Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Fərdi
Boks Paris olimpiadasının proqramından çıxarıla bilər

Boks Paris olimpiadasının proqramından çıxarıla bilər

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Fərdi
Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Fərdi
Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Fərdi
Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Fərdi
Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb