Avropa Oyunları: Azərbaycanın kişi badminton yığması ilk qələbəsini son oyununda qazanıb - YENİLƏNİB-3

Avropa Oyunları: Azərbaycanın kişi badminton yığması ilk qələbəsini son oyununda qazanıb - YENİLƏNİB-3

Azərbaycanın kişi badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Polşada təşkil olunan III Avropa Oyunlarında cütlərin kateqoriyasında qrupdakı son görüşünü keçiriblər.

“Report”un məlumatına görə, tandem B qrupunda Coşua Maqi - Pol Reynolds (İrlandiya) cütü ilə qarşılaşıb.

İlk iki oyununda Böyük Britaniya və İtaliyaya məğlub olan yığma bu dəfə 2:1 (19:21, 21:14, 21:16) hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanın qadın badminton yığması qrupdakı hər üç görüşdə məğlub olaraq, mübarizəni dayandırıb. Kişi badmintonçu Edi Reski Dviçayo və onun qadın həmkarı Keyşa Fatimə Zəhra isə fərdi kateqoriyada 1/8 final mərhələsinə yüksəliblər.

21:03

Azərbaycanın qadın badmintonçuları Era Məftuha və Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında cütlərin kateqoriyasında çıxışlarını başa vurublar.

“Report”un məlumatına görə, tandem D qrupunda 3-cü - sonuncu görüşünü keçirib.

İlk iki oyununda İspaniya və Niderlanddan olan rəqiblərinə 0:2 hesabı ilə məğlub olan cütlük bu dəfə Serena Au Yunq - Katarina Hoçmeyr (Avstriya) tandeminə qalib gəlib. Azərbaycan yığması 2:1 (16:21, 21:19, 21:17) hesabı ilə qələbə qazansa da, 1/4 finala yüksələ bilməyib.

Qeyd edək ki, kişi badmintonçu Edi Reski Dviçayo və onun qadın həmkarı Keyşa Fatimə Zəhra fərdi kateqoriyada 1/8 final mərhələsinə yüksəliblər.

17:29

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında qrup mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb.

“Report”un məlumatına görə, idmançı fərdi kateqoriyada qrupdakı son görüşündə ukraynalı Danilo Bosnyukdan güclü olub.

İlk iki görüşündə rəqibini 2:1 hesabı ilə üstələyən 25 yaşlı idmançı bu dəfə 2:0 (21:14, 21:19) hesablı qələbəyə sevinib.

Edi Reski Dviçayo 1/8 final mərhələsinə yüksəlib. O, bu raunddakı görüşünü iyunun 29-da keçirəcək.

Qeyd edək kİ, qadın badmintonçu Keyşa Fatimə Zəhra da yer aldığı qrupda hər üç görüşünü qələbə ilə başa vuraraq, 1/8 finala adlayıb.

15:56

Azərbaycanın qadın badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında qrup mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb.

“Report”un məlumatına görə, idmançı fərdi kateqoriyada qrupdakı son görüşündə almaniyalı Li İvonnanı üstələyib.

Rəqib ilk hissəni öndə tamamlasa da, əzmkarlıq göstərən Keyşa Fatimə Zəhra 2:1 hesablı (17:21, 21:18, 21:17) qələbə qazanıb.

Daha əvvəl qrupdakı ilk iki duelində də qalibiyyət sevinci yaşayan Azərbaycan badmintonçusu 1/8 final mərhələsinə yüksəlib. Növbəti raundun görüşü iyunun 29-da keçiriləcək.

Fərdi
Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Fərdi
Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Fərdi
Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Fərdi
Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Fərdi
"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

Fərdi
Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Fərdi
Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Fərdi
Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"