Azərbaycanın basketbol klubu 18 illik fasilədən sonra avrokuboklarda çıxış edəcək
Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün çempionu "Sabah" BK ölkəni 2023/2024 mövsümündə FIBA Avropa Kubokunda (FIBA EUROPA CUP) təmsil edəcək.
"QELEBE.AZ"un məlumatına görə, yarışın püşkatma mərasimi avqustun 8-i Almaniyanın Münhen şəhərində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan sonuncu dəfə avrokuboklarda 2005/2006 mövsümündə "Qala" komandası ilə təmsil olunub.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanin-basketbol-klubu-18-illik-fasileden-sonra-avrokuboklarda-chixish-edecek.webp











