Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıdakı turnirdə ilk matçına çıxacaq
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
"Report"un məlumatına görə, komanda Moldova yığması ilə üz-üzə gələcək.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq matç saat 18:45-də başlayacaq.
A qrupunun digər görüşündə İtaliya və Estoniya seçmələri qarşılaşacaqlar. Bu duel isə 13:30-da start götürəcək.
Azərbaycan millisinin heyəti:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov, Tural Qurbatov

https://mail.qalaba.az//uploads/photo/chimerlik-futbolu-uzre-azerbaycan-millisi-bakidaki-turnirde-ilk-matchina-chixacaq.webp











