"Neftçi" Adrian Mutunun rəhbərliyi altında ilk məşqə çıxıb

"Neftçi" Adrian Mutunun rəhbərliyi altında ilk məşqə çıxıb

Rusiyanın Sankt-Peterburq şəhərində hazırlığı davam etdirən "Neftçi" yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında ilk məşqə çıxıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Zenit"in təlim-məşq mərkəzində keçirilən hazırlıq prosesində rumıniyalı mütəxəssisin köməkçiləri – Alin-Nikolaye Çita, Aurelian-Boqdan Patraşku, Miodraq Todorov və Mihai-Qavril Nedeban da iştirak ediblər. Məşqdə isinmə hərəkətlərindən sonra əsasən toplu çalışmalar icra olunub.

Qeyd edək ki, "Neftçi" "Match TV" kubokunda sonuncu oyununu Türkiyə "Fənərbağça"sına qarşı keçirəcək. İyulun 15-də "Smena" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Turnir başa çatandan sonra "Neftçi" Rusiyanın paytaxtına yollanaraq Moskva "Spartak"ı ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq. İyulun 18-də "Otkrıtiye Bank Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək və "Neftçi TV" vasitəsilə canlı yayımlanacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.

Futbol
UEFA-nın klub reytinqində "Qarabağ"ın yeri açıqlanıb

UEFA-nın klub reytinqində "Qarabağ"ın yeri açıqlanıb

Futbol
"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

Futbol
Onilliyin 11 bombardiri açıqlanıb

Onilliyin 11 bombardiri açıqlanıb

Futbol
Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Futbol
Argentina yığması yoldaşlıq görüşündə BƏƏ millisini darmadağın edib

Argentina yığması yoldaşlıq görüşündə BƏƏ millisini darmadağın edib

Futbol
Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Futbol
Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Futbol
Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür”

Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür”

Futbol
"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

Futbol
İlin ən yaxşı komandası müəyyənləşib

İlin ən yaxşı komandası müəyyənləşib

Futbol
"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

Futbol
"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb