“İnter Mayami” futbol klubu Messi ilə müqavilə imzalayıb

“İnter Mayami” futbol klubu Messi ilə müqavilə imzalayıb

Amerikanın “İnter Mayami” futbol klubu argentinalı hücumçu Lionel Messi ilə müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə müqavilə 2025-ci il mövsümünün sonuna kimi hesablanıb.

“Karyeramda növbəti addım üçün çox həyəcanlıyam. Bu, fantastik bir fürsətdir və biz birlikdə heyrətamiz bir layihə qurmağa davam edəcəyik. İdeya qarşıya qoyulan məqsədlərə çatmaq üçün birlikdə işləməkdir və mən həqiqətən yeni komandama kömək etmək istəyirəm”

Messinin 36 yaşı var və 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. O, 10 dəfə İspaniya çempionu, 7 dəfə İspaniya Superkubokunun və ölkə kubokunun qalibi, 4 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

2021-ci ildə Messi ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatını 7-ci dəfə almaqla rekorda imza atıb. 2021-2023-cü illərdə argentinalı iki dəfə Fransa çempionu, bir dəfə isə ölkə Superkubokunu qazandığı Fransa PSJ-də çıxış edib.

Futbol
Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

Futbol
"Bavariya"nın futbolçusu sürücülük hüququndan məhrum edilib

"Bavariya"nın futbolçusu sürücülük hüququndan məhrum edilib

Futbol
Çempionlar Liqası: Cari mövsüm İspaniya futbolu üçün tarixin ən uğursuzu olub

Çempionlar Liqası: Cari mövsüm İspaniya futbolu üçün tarixin ən uğursuzu olub

Futbol
Nqolo Kante dünya çempionatını buraxa bilər

Nqolo Kante dünya çempionatını buraxa bilər

Futbol
Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Futbol
DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

Futbol
Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Futbol
Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Futbol
Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Futbol
Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Futbol
Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Futbol
"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub