Qurban Qurbanov: "Qarabağ" tam optimal formasından uzaqdır

Qurban Qurbanov: "Qarabağ" tam optimal formasından uzaqdır

“İlk matçımızı oynadıq. 2:1 qalib gəldik. Bizə heç də asan olmadı”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln”la sabah keçiriləcək cavab oyunu ərəfəsində təşkil olunan mətbuat konfransına qatılıb. Qurbanov matç barədə fikirlərini açıqlayıb: “Hələ komandamız tam optimal formasından uzaqdır. Deməzdim ki, yetirmələrim tam istədiyi dinamikanı meydanda göstərir. Amma hazırlığımız yaxşı gedir. Matça ciddi yanaşırıq. Sabah bizi meydanda ciddi müdafiə olunan rəqib gözləyir. Bəzi elementlər var, onlara diqqət ayıracağıq. Futbolçularıma inanıram, güvənirəm. Yaxşı nəticə göstərmək istəyirik”.

- Azarkeşlər "Qarabağ"ı daha çox Tofiq Bəhramov adına Respublika Stadionunda görməyə alışıb. Onlara nə demək istərdiniz?

- Biz Bakıdayıq. Bakı bizimdir. Hər bir yeri bizim üçün doğmadır. Azarkeşlərin rahatlığını da düşünmək istəyərdik. Oyunların çoxunu “Tofiq Bəhramov”da keçiririk. Hansı ki, bizə daha doğmadır. Futbolçular üçün bəlkə daha asandır. Azarkeşlərə də ora gəlmək daha asan olar. Amma Bakı Olimpiya Stadionunda da maraqlı oyunlar keçirmişik. Meydançanın durumu da futbolçuları qane edir. İnanmıram ki, azarkeşlər hansısa çətinliyə görə bizdən uzaq qalsınlar. "Qarabağ" azarkeşləri daha çox çətin anlarda komandanın yanında olublar. Buna çətin an deməzdim. Sadəcə ola bilər stadiona gəlməyə vaxt çox gedə bilər. Sabah azarkeşlərimizi burada gözləyirik. Onlar üçün maraqlı, baxımlı oyun oynamağa çalışacağıq.

- Bir neçə futbolçu getdi, yeniləri gəldi. Yaxın günlərdə heyətdə dəyişikliklər gözlənilir? Hansı mövqe üçün yeni oyunçular düşünürsünüz?

- Deməzdim ki, ciddi dəyişiklik gözlənilir. Futbolçularımdan çox razıyam. Hansı mövqeyə hansısa oyunçunu yerləşdirsək, düzgün çalışırlar ki, yerinə yetirsinlər. Çox yaxşı kollektiv formalaşıb. Bir-iki əlavə oyunçu götürə bilərik. Olmasa da, indikilər bizi qane edir. Onlarla yaxşı kollektiv formalaşdırmağa çalışacağıq.

- Ötən mövsümkü bombardirlər komandadan ayrıldı...

- Çalışırıq ki, komandada yeni bombardirlər olsun. Hər birinə uğurlar arzulayıram.

- Bu stadionda avrokuboklarda "Qarabağ"ın qələbəsi yoxdur. Sindromu qıra biləcəksiniz?

- Belə şeylərə baxan deyilik. Bu cür düşüncələrə diqqət ayırmaq istəmirik ki, burada qələbəmiz yoxdur. Allah qoysa, bu stadionda da uğurlu nəticələrimiz də olacaq.

Qeyd edək ki, “Qarabağ” səfərdəki ilk qarşılaşmada 2:1 hesablı əzmkar qələbə qazanıb.

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Futbol
Braziliyalı sabiq futbolçu: “Qurban Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

Braziliyalı sabiq futbolçu: “Qurban Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

Futbol
"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

Futbol
"Qarabağ"ın legioneri: "Ölkə üçün çətin dönəmdir"

"Qarabağ"ın legioneri: "Ölkə üçün çətin dönəmdir"

Futbol
"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

Futbol
Ayxan Abbasov: "Kəpəz"dəki dəyişiklikdən sonra sürprizlə qarşılaşa bilərdik"

Ayxan Abbasov: "Kəpəz"dəki dəyişiklikdən sonra sürprizlə qarşılaşa bilərdik"

Futbol
Canni De Byazi: "Bütün şanslardan istifadə etmədən təslim olmuram"

Canni De Byazi: "Bütün şanslardan istifadə etmədən təslim olmuram"

Futbol
Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Futbol
Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

Futbol
“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

Futbol
"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

Futbol
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya" ilə qarşılaşacaq

Çempionlar Liqası: "Mançester Siti" "Borussiya" ilə qarşılaşacaq