"Sumqayıt"ın yeni transferi: "Azərbaycan və Estoniya çempionatları arasında oxşarlıq var"

"Sumqayıt"ın yeni transferi: "Azərbaycan və Estoniya çempionatları arasında oxşarlıq var"

"Estoniyadakı kimi, burada da 10 komandanın mübarizə apardığını və liqanın 4 dövrədən ibarət olduğunu bilirdim. Hardasa çempionatlarımız arasında oxşarlıqlar var".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın yeni transferi Erik Sorqa klubun mətbuat xidmətinə açıqlamasında deyib.

24 yaşlı hücumçu "gənclik şəhəri" təmsilçisinə keçməmişdən əvvəl "Qəbələ"də oynamış dostu Sergey Zenyovla danışdığını və ölkə haqqında məlumat aldığını söyləyib.

Estoniyalı forvard kollektivdə əla atmosferin olduğunu bildirib: "Maraqlı və intensiv məşqlər keçirik. Yoldaşlarım da məni yaxşı qəbul etdilər. Həm rus, həm də ingilis dilində danışdığım üçün heç kimlə ünsiyyət problemim yoxdur. Bütün məsələlərdə bir-birimizə kömək edirik. Deyə bilərəm ki, uyğunlaşma problemi yaşamıram. Komandaya qoşulduqdan sonra fiziki məşqçinin nəzarətində iki gün fərdi, daha sonra isə kollektivlə birlikdə məşqə çıxdım, tədricən isti havaya alışdım. İndi isə Türkiyədəyik, burada hər şey qaydasındadır. Komanda ilə birlikdə məşqə çıxıram, özümü əla hiss edirəm".

Sorqa hədəflərinin avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq olduğunu vurğulayıb: "Baş məşqçimizlə bu barədə tez-tez danışırıq. Məqsədimizə çatmaq üçün mən də əlimdən gələn hər şeyi edəcəyəm. Həm vurduğum qollar, həm də komanda yoldaşlarıma verəcəyim qol ötürmələri ilə çalışacağam ki, fanatlarımızı sevindirim".

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ" bizdən güclü idi"

"Nant"ın baş məşqçisi: "Qarabağ" bizdən güclü idi"

Futbol
“Everton” klubu satılır

“Everton” klubu satılır

Futbol
"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələnib

"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələnib

Futbol
"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

Futbol
Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Futbol
"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

Futbol
Musa Qurbanlı Polşa klubuna keçə bilər

Musa Qurbanlı Polşa klubuna keçə bilər

Futbol
Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Futbol
İngiltərə Premyer Liqasında transfer rekordu vurulub

İngiltərə Premyer Liqasında transfer rekordu vurulub

Futbol
Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Futbol
"Mançester Siti" Almaniya klubundan İsveçrə millisinin futbolçusunu transfer edib

"Mançester Siti" Almaniya klubundan İsveçrə millisinin futbolçusunu transfer edib

Futbol
Argentinalı futbolçu dünya çempionluğu medalını klub muzeyinə bağışladı

Argentinalı futbolçu dünya çempionluğu medalını klub muzeyinə bağışladı