“Azərlotereya” ilə “Sabah” arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

“Azərlotereya” ilə “Sabah” arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

“Azərlotereya” ASC ilə “Sabah” Futbol Klubu arasında sponsorluq müqaviləsi imzalanıb. Anlaşmaya əsasən, “Azərlotereya” ASC idmanda kütləviliyin təmin edilməsinə, gənc futbolçuların yetişməsinə, futbol yarışları vasitəsi ilə sosial məsuliyyətin təbliği və azarkeş mədəniyyətinin formalaşmasına dəstək olacaq. Əməkdaşlıq müqaviləsinin müddəti 1 ili əhatə edir.

“Sabah” klubunun ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da baş tutan mərasimdə müqaviləni “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.

Tədbirdə çıxış edən M. Adıgözəlov əməkdaşlığın uğurlu olacağına əmin olduğunu bildirib: “Bu gün yeni əməkdaşlıq müqaviləsinə imza atdıq. “Azerlotereya”nın timsalında ölkə futboluna diqqət göstərilməsi çox sevindiricidir. Bu əməkdaşlığın “Sabah” FK və ölkə futbolu üçün faydalı olacağına inanıram”.

“Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş da əməkdaşlığın faydalı olacağına inamını ifadə edərək mövsümü uğurla tamamlayan “Sabah”a avrokuboklarda müvəffəqiyyətlər arzulayıb: “Yeni yaranmış bir klub üçün güclü rəqibləri geridə qoyaraq Premyer Liqada ikinci olmaq böyük uğurdur. Bu uğurun davamının Konfrans Liqasında gəlməsini arzulayıram. Əməkdaşlığımız hər iki tərəf üçün xeyirli və faydalı olsun”.

Qeyd edək ki, ölkənin qanuni və yeganə lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 20 ildən çoxdur fəaliyyət göstərir. “Azərlotereya” ASC hazırda qeyri-neft sektorunda dövlət büdcəsinə ən böyük vergi ödəyicilərindəndir. Şirkət bədən tərbiyəsi və idmanın, o cümlədən, futbolun inkişafını dəstəkləyir.  

Futbol
Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Futbol
"Zirə"nin legioneri: "Medalçılar sırasına düşmək çətin, amma mümkündür"

"Zirə"nin legioneri: "Medalçılar sırasına düşmək çətin, amma mümkündür"

Futbol
Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Futbol
Bütün dövrlərdə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

Bütün dövrlərdə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

Futbol
“Oskar”lı rejissor: “Mourinyo Ceyms Bond filmlərində cani rolu üçün mükəmməl seçim olar”

“Oskar”lı rejissor: “Mourinyo Ceyms Bond filmlərində cani rolu üçün mükəmməl seçim olar”

Futbol
Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Futbol
Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Futbol
Canni De Byazi yenidən Albaniya yığmasına rəhbərlik edə bilər

Canni De Byazi yenidən Albaniya yığmasına rəhbərlik edə bilər

Futbol
Qətər dünya çempionatından sonra Asiya Kubokuna da ev sahibliyi edəcək

Qətər dünya çempionatından sonra Asiya Kubokuna da ev sahibliyi edəcək

Futbol
Belçikadan minimal hesablı qələbə

Belçikadan minimal hesablı qələbə

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" qış fasiləsinə darmadağınla yollanıb

Azərbaycan Premyer Liqası: "Sabah" qış fasiləsinə darmadağınla yollanıb

Futbol
Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub