Fransalı futbolçu: "Neftçi"dən təklif gələndə sevindim"

Fransalı futbolçu: "Neftçi"dən təklif gələndə sevindim"

"Bu komandadan təklif gələndə sevindim".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Ervin Koffi klubun rəsmi televiziyasına açıqlamasında deyib.

Fransalı sağ sinah müdafiəçisi "ağ-qaralar"ın böyük klub olduğunu əvvəldən bildiyini söyləyib: "Azərbaycandan oynamış dostlarımdan soruşdum və dərhal mənə bu komandaya getməyi tövsiyə etdilər. Daha sonra özüm də araşdırdım. Həm klubun böyük tarixə, həm də böyük azarkeşə malik olduğunu gördüm".

O, Azərbaycanda oynamış bəzi fransız futbolçularla birgə çıxış etdiyini vurğulayıb: "Onlar mənə Bakının möhtəşəm şəhər olduğunu dedilər. Bir çox insanla əlaqə saxladım, hər biri mənə yalnız xoş sözlər söylədi".

28 yaşlı futbolçu həm müdafiə, həm də hücumameyilli oynamağı xoşladığını əlavə edib: "Çünki indi yaxşı cinah müdafiəçiləri hücumda da iştirak etməlidirlər. Amma biz həm də müdafiəçiyik. Tutmalı olduğum oyunçunu itirməyi sevmirəm. Daim rəqibimə yaxın oynayıb onu dayandırmağa çalışıram. Bununla yanaşı, hücumlara qoşulub məhsuldar ötürmələr etmək də məni sevindirir. Komanda üçün əlimdən gələni etməyə çalışıram".

Koffinin sözlərinə görə, komanda üzvlərinin bir-birinə tez uyğunlaşması olduqca vacibdir: "Çünki bir neçə gündən sonra önəmli oyunlarımız olacaq. Buna görə də sürətli olmalıyıq. Bilirəm ki, biz yeni futbolçularıq və heç vaxt birlikdə oynamamışıq. Danışacaq, komplektləşəcək və bunu düzəldəcəyik. Fikrimcə, hər şey yaxşı olacaq, bu prosesi tezliklə geridə qoyacağıq".

Futbolçu meydanda azarkeşlər üçün hər şeyi edəcəyini bildirib: "Neftçi"nin yaxşı fanatlara malik böyük klub olduğunu bilirəm. Onların məyus olmaması üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, "Neftçi" Ervin Koffi ilə 2 illik müqavilə imzalayıb.

Futbol
"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

Futbol
"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

Futbol
"Çelsi" daha bir futbolçunu transfer edib

"Çelsi" daha bir futbolçunu transfer edib

Futbol
UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

Futbol
Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Futbol
"Səbail" klubu yeni hücumçu transfer edib

"Səbail" klubu yeni hücumçu transfer edib

Futbol
Messi Maradona və Batistutanı geridə qoyub

Messi Maradona və Batistutanı geridə qoyub

Futbol
PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq” - EKSKLÜZİV

PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq” - EKSKLÜZİV

Futbol
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

Futbol
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq