Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və ingilis dilində şərh olunacaq.

Federasiyadan "Report"a verilən məlumata görə, yarışın rəsmi saytı vasitəsilə yayımlanacaq görüşlər Azərbaycan dilində əməkdar məşqçi Anar Allahverdiyev, ingilis dilində isə dünya çempionu Vişvanatan Anand, İndoneziya şahmatçısı İrene Sukandar və hindistanlı beynəlxalq usta Saqar Şah tərəfindən təqdim ediləcək.

Dünya Kubokunu işıqlandırmaq üçün Azərbaycanla yanaşı, Böyük Britaniya, Rusiya, İran, İspaniya, Niderland, Hindistan, Banqladeş, Botsvana, Zambiyadan olan 100-dən çox jurnalist və texniki əməkdaş qeydiyyatdan keçib.

Qeyd edək ki, iyulun 30-da start götürəcək Dünya Kubokunun təntənəli açılış mərasimi iyulun 29-da Bakı Konqres Mərkəzində keçiriləcək. Həmin gün eyni zamanda rəsmi şəxslər və şahmatçıların iştirakı ilə mətbuat konfransı təşkil ediləcək.

Yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da start götürəcək.

Fərdi
Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Fərdi
Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Fərdi
Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Fərdi
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Fərdi
Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Fərdi
Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Fərdi
Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Fərdi
"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

Fərdi
MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Fərdi
Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb