Mahir Məmmədov: "Dünya Kubokunun yenidən Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir"

Mahir Məmmədov: "Dünya Kubokunun yenidən Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir"

"Bu, Azərbaycanda keçirilən ilk Dünya Kuboku deyil. Yarışın növbəti dəfə Bakıda təşkili Azərbaycana olan etimadı göstərir".

"QELEBE.AZ"un məlumatına görə, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, yarışda rekord sayda - 18 Azərbaycan təmsilçisi mübarizə aparacaq: "Dünya Kubokları tarixində heç bir ölkə bu qədər iştirakçı ilə təmsil olunmayıb. Təşkilatçılıq təcrübəmiz olduğu üçün yarışın yüksək səviyyədə keçəcəyi şübhə doğurmur. Tamaşaçılar əla mübarizə və ədalətli oyun görəcəklər".

M.Məmmədov yarışda iştirak edəcək Teymur Rəcəbov və Günay Məmmədzadə barədə də danışıb: "Rəcəbov Azərbaycanın fəxridir. Dünya Kubokunda qalib gələn yeganə təmsilçimizdir. Günay Məmmədzadə isə qadın şahmatımızın lideridir. İnanıram ki, bundan sonra qələbələrini sayı daha da artacaq. Bütün iştirakçılara uğurlar arzulayıram".

Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.

Fərdi
Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

Fərdi
“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

Fərdi
Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Fərdi
Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Fərdi
Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Fərdi
Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Fərdi
Azərbaycan millisinin futzalçısı: "Ancaq qələbə haqqında düşünürük"

Azərbaycan millisinin futzalçısı: "Ancaq qələbə haqqında düşünürük"

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib

IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib

Fərdi
Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb