Qurban Qurbanov: “İlk oyundan sonra “Rakuv”a simpatiyam oyandı"

Qurban Qurbanov: “İlk oyundan sonra “Rakuv”a simpatiyam oyandı"

“İlk oyundan sonra “Rakuv”a simpatiyam oyandı".

“QELEBE.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşa klubu “Rakuv”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis səfərdə baş tutan ilk görüşdə 2:3 hesabı ilə məğlub olmalarına baxmayaraq, mərhələ adlamağa çalışacaqlarını bildirib: “Bizim üçün vacib oyundur. Çox intizamlı komandaya qarşı çıxış edəcəyik. Üstünlük rəqibdə olsa da, geridə qalan günlərdə pis hazırlaşmadıq, "Rakuv"u tam yaxından tanıdıq. Futbolçularımız hansı komandaya qarşı oynadıqlarını hiss etməlidirlər. Sabah meydana yaxş nəticə üçün çıxacağıq. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Buna ehtiyacımız var. Bütün futbolçular görüşə məsuliyyətlə hazırlaşıblar".

Baş məşqçi qapıçı Şahruddin Məhəmmədəliyevin matçda çərçivədə dayanıb-dayanmayacağı ilə bağlı sualı cavablandırarkən bütün oyunçuların meydana çıxmaq imkanının olduğunu bildirib: “Start heyətini sabah müəyyənləşdirəcəyik. Hələ bir gün vaxtımız var. Bütün diqqətimiz matçda və rəqibdə olmalıdır. Oyundan kənara çıxmalı deyilik. Hər bir futbolçu bu görüşdə səhvdən uzaq olmağa çalışmalıdır, eləcə də qapıçılarımız”.

O, Polşa çempionuna qarşı rəğbət bəslədiyini etiraf edib: “Hər rəqibə qarşı ilk oyundan sonra daha yaxından tanıyırsan. Nə düşünürdüksə, “Rakuv”un ifasında onları gördük. Hətta daha yaxşı vəziyyətdə idilər. Bakıdakı oyunda səfərdəkindən fərqli olmalı, mübarizədən bir saniyə də qopmamalıyıq. “Rakuv” ildən-ilə daha keyfiyyətli iş görür və nəticələr əldə edir. Onlar öz sistemlərini çox yaxşı icra edirlər”.

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq oyun saat 20:00-da start götürəcək.

Futbol
Mbappe PSJ-ni tərk etmək istəyir

Mbappe PSJ-ni tərk etmək istəyir

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

Futbol
Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
Siyasət Əsgərov: "Bosniya və Herseqovinaya qarşı istək və xarakter göstərdik"

Siyasət Əsgərov: "Bosniya və Herseqovinaya qarşı istək və xarakter göstərdik"

Futbol
"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

Futbol
DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

Futbol
Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Futbol
Avropanın Top-5 liqalarının bu il transferlərə xərclədiyi məbləğ bəlli olub

Avropanın Top-5 liqalarının bu il transferlərə xərclədiyi məbləğ bəlli olub

Futbol
Mario Balotellinin yeni klubu bəlli olub

Mario Balotellinin yeni klubu bəlli olub

Futbol
DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb