Konfrans Liqası: "Fənərbağça" darmadağınla mərhələ adlayıb
Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.
"QELEBE.AZ"un məlumatına görə, İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab matçında Moldovada "Zimbru"nun qonağı olub.
Kişineuda "Zimbru" stadionunda oynanılan qarşılaşma "bülbüllər"in darmadağını ilə başa çatıb - 4:0. Qolları 48-ci dəqiqədə Duşan Tadiç, 57 və 59-cu dəqiqələrdə Mişi Batşuayi, 77-ci dəqiqədə isə İsmail Yüksek vurub.
Qeyd edək ki, "Fənərbağça" Türkiyəki ilk matçda rəqibinə 5 cavabsız qolla qalib gəlmişdi. Beləliklə, III təsnifat mərhələsinə adlayan İstanbul klubu bu raundda "Maribor" (Sloveniya) / "Differdanj" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
1 avqust
21:30. "Zimbru" (Moldova) - "Fənərbağça" (Türkiyə) - 0:4
Qollar: Duşan Tadiç, 48. Mişi Batşuayi, 57; 59. İsmail Yüksek, 77
İlk oyun 0:5

https://mail.qalaba.az//uploads/photo/konfrans-liqasi-fenerbagcha-darmadaginla-merhele-adlayib.webp











