Çempionlar Liqası: Daha 8 komanda III raunda vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 8 komanda III raunda vəsiqə qazanıb

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə keçirilən 8 qarşılaşma ilə III raundun növbəti iştirakçıları bəlli olub.

"Qarabağ" Polşada 2:3 hesabı ilə uduzduğu "Rakuv"la bu dəfə Bakı Olimpiya Stadionun qarşılaşıb. Ağdam klubu ilə 1:1 hesablı heç-heçə edən qonaqlar III raunda çıxıblar.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Qazaxıstanda "Astana"nın qonağı olub. İlk matçda rəqibini darmadağın edən zaqreblilər ikinci görüşdə də qələbə qazanaraq (2:0) mərhələ adlayıblar..

Türkiyə çempionu "Qalatasaray" isə ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Litva "Jalgiris"ini evdə minimal hesabla məğlub edərək adını növbəti raunda yazdırıb.

Bundan başqa, Farer adalarının "Klaksvik", İsveçrənin "Servett", Norveçin "Molde", İsrailin "Makkabi" (Hayfa) və Danimarkanın "Kopenhagen" komandaları da III təsnifat mərhələsinə vəsiqə əldə ediblər.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
2 avqust

18:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan) - 0:2
İlk oyun - 0:4

20:00. "Qarabağ" (Azərbaycan) - "Rakuv" (Polşa) - 1:1
İlk oyun - 2:3

21:00. "Haken" (İsveç) - "Klaksvik" (Farer adaları) - 3:3 (Əlavə vaxtda 1:1; Penaltilər seriyasında 3:4)
İlk oyun - 0:0

21:00. "Molde" (Norveç) - HİK (Finlandiya) 2:0
İlk oyun - 0:1

21:00. "Makkabi" (Hayfa, İsrail) - "Şerif" (Moldova) - 4:1 (Əlavə vaxtda 2:0)
İlk oyun - 0:1

21:00. "Genk" (Belçika) - "Servett" (İsveçrə) - 2:2 (Penaltilər seriyasında 1:4)
İlk oyun - 1:1

22:00. "Kopenhagen" (Danimarka) - "Breydablik" (İslandiya) - 6:3
İlk oyun - 2:0

22:30. "Qalatasaray" (Türkiyə) - "Jalgiris" (Litva) - 1:0
İlk oyun - 2:2

Qeyd edək ki, bu mərhələnin ötən gün keçirilmiş 4 cavab oyunundan sonra Yunanıstanın "Panatinaikos", Sloveniyanın "Olimpiya", Kiprin "Aris" və Slovakiyanın "Slovan" komandaları III raunda yüksəliblər

Futbol
Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Futbol
AFFA "Zirə" klubunu cərimələyib

AFFA "Zirə" klubunu cərimələyib

Futbol
“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

Futbol
Azərbaycanda oynamış futbolçu Ukrayna klubuna keçib

Azərbaycanda oynamış futbolçu Ukrayna klubuna keçib

Futbol
"Mançester Siti" ingiltərəli futbolçunun müqaviləsini uzadır

"Mançester Siti" ingiltərəli futbolçunun müqaviləsini uzadır

Futbol
Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"

Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"

Futbol
Xorvatiya 1/4 finala yüksəlib

Xorvatiya 1/4 finala yüksəlib

Futbol
"Qarabağ"ın legioneri: "Nant"la qarşılaşma tamam fərqli olacaq"

"Qarabağ"ın legioneri: "Nant"la qarşılaşma tamam fərqli olacaq"

Futbol
"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

Futbol
Azərbaycanın FIFA referisi iki beynəlxalq turnirə təyinat alıb

Azərbaycanın FIFA referisi iki beynəlxalq turnirə təyinat alıb

Futbol
Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər”

Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər”

Futbol
PFL prezidenti "Qarabağ" klubunun rəhbərliyi ilə görüşüb

PFL prezidenti "Qarabağ" klubunun rəhbərliyi ilə görüşüb