“Real Madrid Foundation” Azərbaycanda - FOTO

“Real Madrid Foundation” Azərbaycanda - FOTO

Dünyanın müxtəlif ölkələrində məşhur futbol düşərgələri təşkil edən “Real Madrid Foundation” bu il “Real Madrid Foundation Azerbaijan Clinic” proqramını Azərbaycanda keçirəcək.

“Real Madrid Foundation” ilə 2023-cü ildə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan Footland şirkəti, 14-18 avqust 2023-cü il tarixlərində ABB-nin baş sponsorluğu ilə “Sabis Sun International School”un ərazisində futbol düşərgəsi keçirəcək.

Düşərgənin təşkilində məqsəd 6-17 yaş aralığında 150 uşağa futbol bacarıqlarını və idman dəyərlərini öyrətmək, bütün iştirakçıların unikal təcrübəyə yiyələnməsinə kömək göstərməkdir. Bu əməkdaşlıq beynəlxalq standartlara uyğun hazırlanıb. 5 gün ərzində gənc futbolçular unudulmaz təəssüratlar yaşayacaqlar.

“Real Madrid Foundation” yüksək səviyyəli futbol məşqçilərinin rəhbərliyi altında xüsusi təlimlər keçməklə onlara futbol bacarıqlarını inkişaf etdirmək imkanı təklif edir. Düşərgə qonaqlarının, o cümlədən uşaqların valideynlərinin əyləncəli vaxt keçirmələri üçün “Fan zona” yaradılacaq.

"Real Madrid Foundation Azerbaijan Clinic" futbol düşərgəsinin təşkilinə baş sponsor ABB ilə yanaşı, Visa və Epoint şirkətləri də tərəfdaşlıq dəstəyi göstərir.

Footland şirkətinin həmtəsisçiləri Zeynal Kərimzadə və Pərviz Nəcəfov “Real Madrid Foundation”la əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər: "Məqsədimiz ölkədə futbol sevgisini yeni səviyyəyə qaldırmaq, gənclərin "Real Madrid Foundation"un tanınmış məşqçilərindən birbaşa təcrübə əldə etmələrinə imkan yaratmaqdır. Dünyanın ən məşhur futbol klubunun metodologiyası, texnikası və idman dəyərləri ilə məşq etmək imkanı yaratdığımız üçün çox xoşbəxtik”.

Futbol
KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

Futbol
"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Futbol
"Qarabağ"ın müdafiəçisi zədələnib

"Qarabağ"ın müdafiəçisi zədələnib

Futbol
"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

Futbol
Ronaldu ABŞ klubundan imtina edib

Ronaldu ABŞ klubundan imtina edib

Futbol
Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Futbol
Ronaldu DÇ-2022-də ən çox oyundankənar vəziyyətə düşən futbolçudur

Ronaldu DÇ-2022-də ən çox oyundankənar vəziyyətə düşən futbolçudur

Futbol
DÇ-2022: Uelsdən əzmkar heç-heçə  - YENİLƏNİB

DÇ-2022: Uelsdən əzmkar heç-heçə - YENİLƏNİB

Futbol
Mirbağır İsayev futboldan kənarlaşdırılıb

Mirbağır İsayev futboldan kənarlaşdırılıb

Futbol
"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib