“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu “Beşiktaş”la keçirəcəyi oyunların yerinin dəyişdirilmə səbəbi müəyyənləşib.
“Ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev “Report”a açıqlamasında ilk görüşün İstanbuldan Bakıya keçirilməsinin Türkiyənin digər təmsilçisi “Fənərbağça”nın matçı ilə əlaqədar olduğunu bildirib.
Onun sözlərinə görə, avqustun 10-da “Fənərbağça” Konfrans Liqasındakı birinci oyununu İstanbulda keçirəcəyindən, UEFA “Beşiktaş”ın səfərə yollanmasını qərara alıb.
Avqustun 17-dəki cavab qarşılaşmasında isə “Neftçi” səfərdə meydana çıxacaq.

https://mail.qalaba.az//uploads/photo/neftchinin-beshiktashla-oyunlarinin-yerinin-deyishdirilme-sebebi-achiqlanib.webp











