Azərbaycan millisinin sabiq futbolçusu “Beşiktaş”ın “Neftçi” ilə oyunlar üçün iştirak ərizəsinə salınıb

Azərbaycan millisinin sabiq futbolçusu “Beşiktaş”ın “Neftçi” ilə oyunlar üçün iştirak ərizəsinə salınıb

Azərbaycanın U-19 millisinin sabiq futbolçusu Berkay Vardar Türkiyənin “Beşiktaş” klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsinə salınıb.

“Report”un İstanbul təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi 8 nəfərlik B siyahısında yer alıb.

Avqustun 10-da Bakıda, 17-də isə İstanbulda baş tutacaq qarşılaşmalarda baş məşqçi Şenol Günəşin sərəncamında ümumilikdə 5 qapıçı, 8 müdafiəçi, 13 yarımmüdafiəçi və 7 hücumçu olacaq.

Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 63. Emir Yaşar, 94. Göktuğ Baytekin, 97. Utku Yuvakuran.

Müdafiəçilər: 3. Françisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Emerti, 24. Valentin Rosye, 26. Artur Masuaku, 60. Aytuğ Kömeç, 77. Umut Meraş.

Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 18. Raşid Gezzal, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 22. Berkay Vardar, 23. Kartal Yılmaz, 27. Emirhan Delibaş, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 83. Gedson Fernandeş, 99. Emrecan Bulut.

Hücumçular: 7. Ante Rebiç, 9. Cenk Tosun, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 62. Azad Dəmir, 64. Mustafa Həkimoğlu, 90. Semih Kılıçsoy

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın U-19 yığmasının heyətində 3 oyun keçirən Berkay Vardar 2022-ci ildə Türkiyənin U-21 millisinə çağırılıb və 2 yoxlama matçlarında meydana çıxıb.

Futbol
Qara Qarayev: "Neftçi" bizimlə oyunlara xüsusi motivasiya ilə çıxır"

Qara Qarayev: "Neftçi" bizimlə oyunlara xüsusi motivasiya ilə çıxır"

Futbol
Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Futbol
İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

Futbol
Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Futbol
Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Futbol
“Milan” yeni qapıçı ilə anlaşıb

“Milan” yeni qapıçı ilə anlaşıb

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
A Seriyası: “Roma” “Verona”nı məğlub edib

A Seriyası: “Roma” “Verona”nı məğlub edib

Futbol
Mbappe Çempionlar Liqasında ilk turun ən yaxşı qol müəllifi seçilib

Mbappe Çempionlar Liqasında ilk turun ən yaxşı qol müəllifi seçilib

Futbol
DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

Futbol
Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Azərbaycan Premyer Liqası oyununda insident baş verib