Qurban Qurbanov: "Üzümüz həmişə gülür, problem yoxdur"

Qurban Qurbanov: "Üzümüz həmişə gülür, problem yoxdur"

"Üzümüz həmişə gülür, problem yoxdur".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Finlandiya HİK-inə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis matçın gərgin keçdiyini bildirib: "Ciddi rəqibə qarşı oynayırdıq. Hava çox isti idi. Futbolçular belə havada sona kimi dözdülər. Vacib qələbə idi. Azarkeşlərə təşəkkür edirəm".

Təcrübəli çalışdırıcı futbolçularda gərginlik olduğunu gizlətməyib: "Rəqibin zərbələrini saymadım. Əsas öz qol epizodlarımızdır. İstifadə edə bilmədiyimiz yüz faizlik fürsətlər var idi. Futbolçuları başa düşürəm. İstər-istəməz gərginlik var idi. Düşünürəm ki, cavab oyununda tam əksi olar, daha yaxşı oyun göstərib qol epizodlarından istifadə edərik".

Pley-offa çıxmaq şanslarını dəyərləndirən baş məşqçisi cüzi üstünlük qazandıqlarını vurğulayıb: "Hər qələbə futbolçulara inam verir. Top buraxandan sonra qol vurmaq vacib idi. Rəqibin qolundan sonra futbolçular sına bilərdilər. Amma get-gedə oyunu ələ aldılar. Cavab oyunu öncəsi bir az üstünlüyümüz var".

Mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olduğunu bildirib.

Qurbanov Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bakıda Serbiya "Partizan"ına 2 cavabsız qolla qalib gələn "Sabah" komandasını da təbrik edib: "İnanıram ki, cavab oyununda da yaxşı nəticə əldə edəcək, ölkəmizin reytinq xalını daha da yaxşılaşdıracaqlar".

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.

Futbol
"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

Futbol
Azərbaycanın qadın futbolçulardan ibarət millisi Xorvatiya ilə heç-heçə edib

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Xorvatiya ilə heç-heçə edib

Futbol
Avropa Liqasında V tura yekun vurulub

Avropa Liqasında V tura yekun vurulub

Futbol
Kriştianu Ronaldu növbəti dəfə "Çelsi"yə təklif olunub

Kriştianu Ronaldu növbəti dəfə "Çelsi"yə təklif olunub

Futbol
Emin Mahmudov: "Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq"

Emin Mahmudov: "Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq"

Futbol
"Qarabağ"ın rəqibi xal itirib

"Qarabağ"ın rəqibi xal itirib

Futbol
"Atletiko" Qrizmanın transferi ilə bağlı "Barselona" ilə razılaşıb

"Atletiko" Qrizmanın transferi ilə bağlı "Barselona" ilə razılaşıb

Futbol
Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Futbol
Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb

Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb

Futbol
Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Futbol
“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

Futbol
Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"