Avropa Həndbol Federasiyasının nümayəndəsi: “Bakıdakı yarış çox maraqlı keçir”

Avropa Həndbol Federasiyasının nümayəndəsi: “Bakıdakı yarış çox maraqlı keçir”

“Bakıdakı yarış çox maraqlı keçir”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Avropa Həndbol Federasiyasının nümayəndəsi Ştefan Lövqren Bakıda təşkil edilən 17 yaşadək həndbolçu qızlardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsi barədə danışarkən deyib.

53 yaşlı isveçli mütəxəssis Azərbaycana ilk dəfədir səfər etdiyini bildirib: “Bakını, xüsusən də, İçərişəhəri çox bəyəndim. O ki qaldı turnirə, qızlar əllərindən gələni edirlər. Bu gün isə "ustad dərsində" Andrea Lekiç qızlara lazımi tövsiyələr verdi. Mən də öz növbəmdə məsləhət görərdim ki, onlar yaxşı nəticə əldə etmək üçün öz güclərinə inansınlar”.

Avropa Həndbol Federasiyasının təşəbbüsü ilə bu gün U-17 komandalara "ustad dərsi" keçən tanınmış serbiyalı həndbolçu Andrea Lekiç isə bilik və bacarıqlarını yarışın ən yaxşı oyunçuları ilə bölüşüb. Hazırda Macarıstanın “Ferentsvaroş” klubunun şərəfini qoruyan 36 yaşlı tanınmış idmançı artıq üç ildir "ustad dərsləri" keçdiyini bildirib: “17 ildir peşəkar səviyyədə həndbol oynayıram. Bu cür "ustad dərslərinin" gənclərə idmandan əlavə, digər sahələrdə də faydası olacaq. Yaxşı idmançı kimi yetişmək üçün idman zalından kənarda da çox şeylərdən anlayışın olmalıdır. Pozitiv düşüncə, əzmkarlıq onları uğura aparacaq”.

Qeyd edək ki, bir günlük fasilə yaranan Avropa çempionatında avqustun 12-də pley-off oyunları keçiriləcək.

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Komanda
“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

Komanda
"Murov" Bakıya qələbə ilə qayıdır

"Murov" Bakıya qələbə ilə qayıdır

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb