Tanınmış futbolçu 36 yaşında karyerasını başa vurub
Qana millisinin sabiq futbolçusu Kevin-Prins Boatenq peşəkar karyerasını başa vurub.
"QELEBE.AZ" xəbər verir ki, tanınmış hücumçu 36 yaşında futbolla vidalaşıb.
"Səni sevirəm. Hər şey üçün çox sağ ol, futbol", - veteran oyunçu sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Kevin-Prins Boatenq karyerası ərzində İngiltərənin "Tottenhem", Almaniyanın "Borussiya" (Dortmund), İtaliyanın "Milan", İspaniyanın "Barselona" və Türkiyənin "Beşiktaş" komandalarında çıxış edib.

https://mail.qalaba.az//uploads/photo/taninmish-futbolchu-36-yashinda-karyerasini-basha-vurub.webp











