Messi “İnter Mayami”də ardıcıl 5-ci oyunda qol vurub

Messi “İnter Mayami”də ardıcıl 5-ci oyunda qol vurub

ABŞ və Kanadanın peşəkar futbol liqası olan MLS (Major League Soccer) və Meksika çempionatının komandalarının iştirak etdiyi Liqa Kubokunun 1/4 final mərhələsində “İnter Mayami” doğma meydanda “Şarlott”u 4:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, görüş Fort-Loderdeyl şəhərində (Florida ştatı, ABŞ) baş tutub.

Qalib komandanın qollarını Xosef Martines (12-ci dəqiqə, penaltidən), Robert Teylor (32), Lionel Messi (86), 78-ci dəqiqədə isə “Şarlott”un müdafiəçisi Adilson Malanda öz qapısına vurub.

Messi “İnter Mayami”də beşinci oyununu keçirib və hər birində qol vurub. Argentinalı hücumçunun səkkiz qol və bir məhsuldar ötürməsi var.

Yarımfinalda “İnter Mayami” Meksikanın “Keretaro”suna 2:1 hesabı ilə qalib gələn “Filadelfiya” ilə qarşılaşacaq. Görüş avqustun 16-da baş tutacaq.

MLS mövsümü avqustun 21-də start götürəcək, “İnter Mayami” ilk matçında “Şarlott”la qarşılaşacaq.

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Futbol
"Olimpiakos" komandası Bakıya yola düşüb

"Olimpiakos" komandası Bakıya yola düşüb

Futbol
Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Futbol
"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

Futbol
DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

Futbol
"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

Futbol
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Futbol
“Şamaxı”nın baş məşqçisi: “Bir neçə mövqedə problemlərimiz var”

“Şamaxı”nın baş məşqçisi: “Bir neçə mövqedə problemlərimiz var”

Futbol
Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Futbol
Ukraynalı baş məşqçi: "Azərbaycan millisi ilə bağlı kifayət qədər məlumatımız var"

Ukraynalı baş məşqçi: "Azərbaycan millisi ilə bağlı kifayət qədər məlumatımız var"