Fərid Cəlalov: "Voleybol millimiz zəif deyil, qitə çempionatında yaxşı nəticəyə ümid edirik"

Fərid Cəlalov: "Voleybol millimiz zəif deyil, qitə çempionatında yaxşı nəticəyə ümid edirik"

"Bizim komandamız zəif deyil. Yaxşı nəticəyə ümid edirik".

Bunu "QELEBE.AZ"a açıqlamasında voleybol mütəxəssisi Fərid Cəlalov qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatındakı şansları barədə danışarkən deyib.

Hazırda kişilərdən ibarət "Murov" komandasını çalışdıran mütəxəssis yığmanın qrupdan çıxaraq növbəti mərhələyə adlaya biləcəyini söyləyib: "Millimiz demək olar ki, əsas heyətini formalaşdırıb. Çətin qrupdayıq, amma şans hər zaman var. Rəqiblərə qalib gələ bilərik. Qruplarda ilk 4 yeri tutanlar pley-offa yüksələcəklər".

Cəlalov Millətlər Liqasının son qalibi Türkiyə seçməsinin rəqiblər sırasında olmasına münasibət bildirib: "Bəzən olimpiya çempionları da növbəti turnirlərdə gözlənilmədən məğlub olurlar. Komanda idman növlərində istənilən nəticə qeydə alına bilər. Millimizin sərgiləyəcəyi oyundan çox şey asılıdır".

Baş məşqçi Çinin Çendu şəhərində təşkil olunan XXXl Ümumdünya Yay Universiadasına yollandıqları üçün qadınlardan ibarət millinin yoxlama oyunlarını izləyə bilmədiyini vurğulayıb: "Sadəcə, Belarusla son qarşılaşmaya baxmışam. Ona əsasən deyə bilərəm ki, qənaətbəxş hesab etmək olar".

Mütəxəssis Polina Rəhimovanın uzun fasilədən sonra komandaya qayıtmasına da toxunub: "O, hücum planında kollektivə güc qatacaq. Polina Rəhimova dünyada sayılıb-seçilən voleybolçudur və mütləq komandaya faydası dəyəcək. Digər oyunçularımızın da əksəriyyəti xarici klublarda çıxış edirlər. Öz komandalarında olduğu kimi, yığmada da fərqlənəcəklərinə inanıram. Millinin yeni türkiyəli baş məşqçisi Ataman Güneyligillə də görüşmüşəm. Münasibətimiz yaxşıdır, söhbətimiz olub. Onun da etimadı doğruldacağına ümid edirəm".

Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Komanda ilk qarşılaşmasını avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir.

Komanda
“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

Komanda
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Komanda
"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Komanda
Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib