Bakıda keçirilən dünya çempionatında Ukrayna komandası ikinci gümüş medalını qazanıb - FOTO

Bakıda keçirilən dünya çempionatında Ukrayna komandası ikinci gümüş medalını qazanıb - FOTO

Ukrayna komandası bu gün atıcılıq üzrə dünya çempionatında ikinci gümüş medalını qazanıb.

APA xəbər verir ki, dairəvi stend atıcılığı üzrə qarışıq komanda növündə yarışda ukraynalı İrina Maloviçko və Mikola Milçev qızıl medalı ABŞ-ın Vinsent Hankok və Cuel Ostin Smit cütlüyünə 1 xalla uduzaraq əldən verib.

Böyük Britaniya komandasının Bakıda keçirilən dünya çempionatında ilk medalı bu yarışda Ben Levelin və Co Amber Ratter cütlüyünün qazandığı bürünc medal olub.

ABŞ komandasının təcrübəli siması, kişilər arasında 3-qat olimpiya çempionu olan Vinsent Hankok Azərbaycan paytaxtının onun üçün uğurlu olduğunu söyləyib:

“Bakıda keçirilən dünya kubokunda da qalib olmuşdum. Burada yenə qızıl medal qazandım. Bakı möhtəşəmdir. Atıcılıq Mərkəzi də çox gözəldir. Uzun illərdir ki, yarışlarda çıxış edirəm. Bura gəldikdə özümü öz evimdəki kimi hiss edirəm. Mərkəzinizdə çıxış etməkdən çox xoşum gəlir. Maraqlıdır ki, Bakı mənim üçün hər dəfə düşərli olur”.

O, ilk atışlar zamanı etdiyi səhvlərdən sonra əsəbi olmadığını bildirib:

“Final görüşünün əvvəlində bir-iki atış zamanı hədəfdən yayındım. Buna görə əsəbi deyiləm. Əksinə çox rahat idim. Xoşbəxtəm ki, mənim belə komanda yoldaşım var. O, məni kompensasiya etdi”.

Cuel Ostin Smit isə Vinsentlə birlikdə çıxış edən zaman rahat çıxış etdiyini bildirib:

“Biz eyni ştatda yaşayırıq. Uzun müddətdir ki, bir yerdə məşq edirik. Ona görə də anlaşmağımızda heç bir problem yoxdur. Üzərimdə təzyiq hiss etmirəm, çox rahatam. Öz evimizdə yarışır kimi davrandım”.

Digər növlər
Arif Rəhimov Bakı Şəhər Halqasının icraçı direktoru vəzifəsindən azad edilib

Arif Rəhimov Bakı Şəhər Halqasının icraçı direktoru vəzifəsindən azad edilib

Digər növlər
Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Digər növlər
Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Digər növlər
AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

Digər növlər
Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Digər növlər
Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Digər növlər
"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

Digər növlər
"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb