Markus Şmit: "Bakıdakı dünya çempionatı yüksək səviyyədə keçirilir"

Markus Şmit: "Bakıdakı dünya çempionatı yüksək səviyyədə keçirilir"

Bakıda keçirilən 53-cü dünya çempionatına müxtəlif ölkələrdən 20-yə yaxın jüri dəvət olunub.

İdmançıların yarış zamanı təhlükəsizlik və atış qaydalarına əməl etmələrini diqqətdə saxlayan jürilər mundialın problemsiz keçməsində əsas pay sahiblərindəndir.

İsveçrədən olan jüri Markus Şmit işi ilə bağlı "Report"un suallarını cavablandırıb.

- İşə jüriliyin sirri baxımından yanaşsaq, dünya çempionatının Dünya Kubokundan və Avropa çempionatından fərqi nədədir?
- Dünya çempionatı olimpiadadan sonra yüksək dərəcəli ikinci tədbirdir. Bizim işimizə gəlincə, ilk olaraq təhlükəsizlik məsələlərinə diqqət yetirməliyik. Atış zamanı heç bir problem olmasın, idmançılar tüfəngi müvafiq qaydalara uyğun tutsunlar. İkinci vacib məqam isə şərtlərin bərabər olması və qaydaların pozulmamasıdır.

- Futbolda meydanda baş hakim olur. Burada isə həm hakim, həm də jüri var. Onlar bir-birindən nə ilə fərqlənir?
- Atıcılıqda hakimlər ancaq stend növündə olur. Orada hakimlər güllənin hədəfə dəyib-dəymədiyini müəyyən edirlər. Mənim hakim kimi lisenziyam olmadığı üçün bu sahə üzrə ətraflı informasiyaya malik deyiləm. Bizim işimiz isə əsasən tüfəng atışında təhlükəsizliyi təmin etməkdir. Bərabər şərtlər və qaydalar olmalıdır.

- Deyək ki, atıcılardan birinin diqqətsizliyi ucbatından sursat tamaşaçıya və ya jüriyə dəydi. Belə olan halda məsuliyyəti kim daşıyır?
- Biz buna görə məsuliyyət daşımırıq. Qaydalara əsasən, atlet silahla birlikdə üzünü döndərərsə, dərhal qırmızı vərəqə göstəririk. Bəli, fasilə zamanı dincəlmək üçün müəyyən istiqamətə çevrilə bilər. Amma tapanca ilə atəşaçmada, bu, mümkün deyil. İdmançı tapançanı hədəfdən sağa və ya sola yayındıra bilməz. Eyni zamanda atıcıların silahlarını düzgün qoymasına da nəzarət edirik ki, hansısa xoşagəlməz hadisə və səhv olmasın.

- Bakıdakı yarış digərlərindən nə ilə fərqlənir?
- Əslində, hər bir yarış yüksək səviyyədə təşkil olunur. Hər il təkmilləşmə müşahidə olunur. Bakıdakı dünya kuboku yüksək səviyyədə keçmişdi, dünya çempionatı da həmçinin eyni qaydada davam edir.

Fərdi
“Formula 1”: ABŞ Qran Prisini Ferstapen qazanıb, “Red Bull” komandalar arasında çempion olub

“Formula 1”: ABŞ Qran Prisini Ferstapen qazanıb, “Red Bull” komandalar arasında çempion olub

Fərdi
Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Fərdi
Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Dünya çempionatı: Azərbaycan təmsilçiləri heç-heçə ediblər

Dünya çempionatı: Azərbaycan təmsilçiləri heç-heçə ediblər

Fərdi
Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Fərdi
Ocaq Kubokuna hazırlıq məqsədilə yoxlama məşqi keçirilib

Ocaq Kubokuna hazırlıq məqsədilə yoxlama məşqi keçirilib

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
ASAPES-də İsrailli professorun seminarı başlayıb

ASAPES-də İsrailli professorun seminarı başlayıb

Fərdi
Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub