Avropa çempionatı: Azərbaycan millisi 1/8 finala necə çıxa bilər?

Avropa çempionatı: Azərbaycan millisi 1/8 finala necə çıxa bilər?

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsini 5 xalla başa vurub.

“Report”un məlumatına görə, Ataman Güneyligilin yetirmələri hazırda C qrupunda 5-ci pillədə qərarlaşsalar da, hələ də 1/8 finala vəsiqə qazanmaq şanslarını davam etdirirlər.

Bu məsələyə isə bu gün İsveç və Çexiya komandaları arasında keçiriləcək oyunda aydınlıq gələcək. Hazırda 4-cü sırada qərarlaşan Çexiyanın da hesabında 5 xal var. Ancaq onların “quru” hesabla məğlubiyyəti yığmamızın növbəti mərhələyə yolunu aça bilər.

Qaydalara görə, xallar bərabər olarsa, müvafiq ardıcıllıqla qələbə, set, top fərqi və şəxsi oyunlara baxılır. Çexiyanın bugünkü qarşılaşmada 2:3 hesablı məğlubiyyəti yığmamızın ümidinin üstündən xətt çəkəcəksə, hesabın 0:3 olması komandamızı 1/8 finalda A qrupunun birincisinə rəqib edəcək.

İsveç 3:1 hesabı ilə qalib gələrsə, Azərbaycan və Çexiya millilərinin qələbə və set sayı bərabər olacaq. Belə olan halda vurulan və buraxılan topların fərqi ön plana çıxacaq. Maraqlıdır ki, hazırda hər iki komandanın top fərqi -20-yə bərabərdir. Bu isə o deməkdir ki, Çexiyanın 1:3 hesablı yenilgisi də Ataman Güneyligilin kollektivinə sərf edir. Təbii ki, çexlər bir seti böyük xal fərqi ilə qazanıb, digərlərində kiçik fərqlə uduzmasalar.

Top fərqi də bərabər olarsa, son variant kimi şəxsi oyunlara baxılacaq. Yığmamız qrupun ilk turunda Çexiyanı 3:0 hesabı ilə məğlub etdiyindən, bu baxımdan da üstün durumdadır.

Qeyd edək ki, Çexiya – İsveç oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Komanda
Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Komanda
"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

Komanda
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub