"Araz-Naxçıvan"ın futbolçusu: "Qarabağ" kimi komandalara qarşı layiqli oynayırıq"

"Araz-Naxçıvan"ın futbolçusu: "Qarabağ" kimi komandalara qarşı layiqli oynayırıq"

"Qarabağ"la oyunda göstərdik ki, güclü komandalara qarşı layiqli oyun nümayiş etdiririk".

"Report"un məlumatına görə, bunu "Araz-Naxçıvan"ın futbolçusu Miço Kuzmanoviç klubun rəsmi saytına müsahibəsində deyib.

Yarımmüdafiəçi ölkə çempionuna 1:2 hesabı ilə uduzduqları görüşün nəticəsindən razı olmadıqlarını bildirib: "Amma keçirdiyimiz 3 rəsmi qarşılaşmaya diqqət yetirdikdə, düşünürəm ki, indi daha yaxşıyıq. Bizə bir qədər zaman lazımdır. Əminliklə deyə bilərəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik. Komandamız yeni qurulub, formalaşma dövrünü keçir. Yeni komanda üçün bunlar normaldır. Düzgün yoldayıq".

Bosniya və Herseqovinadan olan oyunçu "Qarabağ"la görüşdə son dəqiqədə buraxdıqları qoldan danışıb: "Yenə deyirəm, yaxşı oynayırıq, amma bu cür mübarizədən sonra sona 3-4 dəqiqə qalmış məğlub olmaq yolverilməzdir. Hazırkı məqamda hər xal bizim üçün çox vacibdir. Ona görə də, elə məqamlar olur ki, düzgün davranmalı və qərar qəbul etməlisən".

Kuzmanoviç komandasının lideri olmadığını vurğulayıb: "Futbol kollektiv oyundur. Hansısa məqamda fərdlər ön plana çıxa bilər. Bu gün lider olduğumu deyə bilmərəm, amma yaxşı oynayıram. Biz komandayıq, qalib gələndə hamımız sevinirik, uduzanda da məyus oluruq. Komanda yoldaşlarıma kömək edə bilirəmsə, nəticə qazanmaq üçün faydam toxunursa, xoşbəxtəm. Yenə deyirəm, yaxşı futbol göstərmək, azarkeşlərimizi sevindirmək istəyirik".

O, növbəti turda "Sumqayıt"la üz-üzə gələcəklərini xatırladıb: "Çətin olacaq. Açığı, rəqibin oyun dəsti-xətti haqda geniş məlumatım yoxdur. Müəyyən təhlillər aparılacaq, baş məşqçimiz bizim üçün faydalı olacaq tapşırıqları verəcək. Əlbəttə, istənilən halda meydana 3 xal qazanmaq üçün çıxacağıq. Rəqibimiz də yaxşı hazırlıq keçib. Onun nəticəsidir ki, keçirdikləri oyunlardan maksimum xalla ayrılıblar. Görünür, keyfiyyətli komandadır və bizimlə görüşdə də qələbə qazanmaq istəyəcəklər. Ancaq “Araz-Naxçıvan” da meydana eyni məqsədlə çıxacaq. Buna nail olmaq üçün mübarizəmizi sona qədər davam etdirəcəyik, bütün şanslarımızdan yararlanacağıq".

Futbol
Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Futbol
Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Futbol
Türkiyə klubuna transfer qadağası qoyulub

Türkiyə klubuna transfer qadağası qoyulub

Futbol
Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Futbol
"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

Futbol
“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi açıqlanıb

“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi açıqlanıb

Futbol
Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

Futbol
"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

Futbol
“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları açıqlanıb

“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları açıqlanıb

Futbol
Qurban Qurbanov: "Məşqçi olmasaydım, mən də minifutbolda iştirak edərdim"

Qurban Qurbanov: "Məşqçi olmasaydım, mən də minifutbolda iştirak edərdim"

Futbol
“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib - VİDEO

“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib - VİDEO

Futbol
"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb