"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

Yunanıstanın "Olimpiakos" klubu "Qarabağ"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan öncə yeni qapıçı transfer edə bilər.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, buna səbəb komandanın əsas qolkiperi Tomaş Vatsliklin zədələnməsidir. O, Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında sağ çiynindən xəsarət alıb.

Təcrübəli qapıçı uzun müddət yaşıl meydanlardan kənarda qalarsa, Pirey təmsilçisi PAOK-un keçmiş çərçivə qoruyucusu Aleksandros Pasxalakisi heyətinə qatacaq.

Cənubi Koreya yığmasının heyətində zədələnən "Olimpiakos"un hücumçusu Hvan Uy Conun isə durumu ciddi deyil. Onun "Qarabağ"a qarşı matçda oynayacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Futbol
Azərbaycan milli komandası Moldovanı məğlub edib

Azərbaycan milli komandası Moldovanı məğlub edib

Futbol
Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Futbol
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

Futbol
"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

Futbol
Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Futbol
"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

Futbol
Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Futbol
İstanbul derbisinin hakimləri bəlli olub

İstanbul derbisinin hakimləri bəlli olub

Futbol
“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Futbol
Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb