Qurban Qurbanov: “Bu qələbə bizi arxayınlaşdırmamalıdır”

Qurban Qurbanov: “Bu qələbə bizi arxayınlaşdırmamalıdır”

“Bu qələbə bizi arxayınlaşdırmamalıdır”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Sloveniya klubu “Olimpiya”nı 2:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis Bakıda baş tutacaq cavab qarşılaşmasına daha ciddi hazırlaşacaqlarını bildirib: “Çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı. Hər iki tərəfin düşünülmüş, maraqlı hücumları oldu. Bu, hələ ilk matç idi. “Olimpiya” ilə cavab görüşünə buradakından da ciddi yanaşmalıyıq. Çünki onların potensialları çox böyükdür. İstənilən vaxt təhlükəli vəziyyətlər yaradırlar. Hər an qol vurmaq qabiliyyətinə malikdirlər. Qarşıdakı 90 dəqiqədə hələ xeyli güc sərf etməli olacağıq”.

Baş məşqçi qələbədə vacib rol oynayan detallara toxunub: “Matçın əvvəlində düşündüyümüz pressinqi edə bilmədik. Amma getdikcə oyunu meydanın rəqibə aid hissəsində qura bildik, pressinqimiz pis alınmadı. “Olimpiya”nı qapımıza yaxın buraxdıqda dərhal təhlükə yarada bilirdi. Qələbədə ən vacib komponent kimi bunu qeyd edərdim”.

O, künc nöqtəsindən ötürmə zamanı Kevin Medinanın başla vurduğu qola da münasibət bildirib. Q.Qurbanov oyunu standart vəziyyətlər üzərində qurmadıqlarını vurğulayıb: “Standart vəziyyətlər, oyun quruculuğu, ümumiyyətlə, bütün komponentlər üzərində hazırlaşırıq. Bu gün standart vəziyyətdən daha uğurlu yararlandıq. Deməzdim ki, oyunumuzu sırf bunun üzərində qurmuşduq. Lakin daha çox buna üstünlük vermişdik”.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Futbol
Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Futbol
Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Futbol
Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bəlli olub

Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bəlli olub

Futbol
DÇ-2022: İngiltərə İranı 6:2 hesabı ilə darmadağın edib

DÇ-2022: İngiltərə İranı 6:2 hesabı ilə darmadağın edib

Futbol
"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

Futbol
Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

Futbol
"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

Futbol
Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Futbol
"Qarabağ"ın rəqibi xal itirib

"Qarabağ"ın rəqibi xal itirib

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda hesab açılıb

Şimali Makedoniya - Azərbaycan oyununda hesab açılıb

Futbol
AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq