Azərbaycan Premyer Liqası: “Səbail” mövsümdə ilk qələbəsini Tovuzda qazanıb

Azərbaycan Premyer Liqası: “Səbail” mövsümdə ilk qələbəsini Tovuzda qazanıb

Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, günün birinci görüşü Tovuzda baş tutub.

“Turan Tovuz” cari mövsüm ilk dəfə doğma azarkeşləri önündə meydana çıxıb. Bölgə təmsilçisi geridə qalan üç turda hesabında cəmi 1 xal olan “Səbail”i qəbul edib.

Qarşılaşmada erkən qolla hesab açılıb. Gözlənilmədən bakılılar önə keçiblər. Fransalı hücumçu Aleksandr Ramalinqom adını tabloya yazdırıb. Azarkeşlər növbəti qolu izləmək üçün 57 dəqiqə gözləməli olublar. Yenə ev sahibləri mərkəzə dəvət ediliblər. Bu dəfə Yusif Nəbiyev fərqlənib.

84-cü dəqiqədə panamalı müdafiəçi Roderik Millerin qolu “Turan Tovuz”u ümidləndirsə də, “Səbail” yenidən fərqi iki topa çatdırmağı bacarıb. 90-cı dəqiqədə Ağabala Ramazanov əks-hücumu məntiqi sonluğa çatdırıb.

Beləliklə, rəqibini 3:1 hesabı ilə üstələyən “Səbail” cari mövsümdə ilk qələbəsini qazanıb. Şahin Diniyevin yetirmələri xallarının sayını 4-ə yüksəldiblər. “Turan Tovuz” isə 6 xalda qalıb.

Qeyd edək ki, turun ilk oyununda “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçə ediblər - 1:1. Bu gün “Zirə” – “Sabah”, avqustun 27-də isə “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” görüşləri keçiriləcək.

Futbol
"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

Futbol
AFFA dörd klubu cəzalandırıb

AFFA dörd klubu cəzalandırıb

Futbol
"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

Futbol
"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

Futbol
Benzema Fransa millisindəki karyerasını başa vurub

Benzema Fransa millisindəki karyerasını başa vurub

Futbol
UEFA "Qəbələ" klubuna ödəniş edib

UEFA "Qəbələ" klubuna ödəniş edib

Futbol
Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Futbol
2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

Futbol
Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Futbol
Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Futbol
Riçard Almeyda cəzalı duruma düşüb

Riçard Almeyda cəzalı duruma düşüb