Rüstəm Alimli: "Bu cüdoçular Nazim Hüseynov və Elnur Məmmədli kimi olimpiya çempionu olacaqlar"

Rüstəm Alimli: "Bu cüdoçular Nazim Hüseynov və Elnur Məmmədli kimi olimpiya çempionu olacaqlar"

"İnanıram ki, Nazim Hüseynov və Elnur Məmmədlidən sonra bu cüdoçular da olimpiya çempionu olacaqlar".

Bunu "QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli Xorvatiyada keçirilən dünya çempionatında idmançıların çıxışlarını dəyərləndirərkən deyib.

Mütəxəssis mundialın və 2023-cü ilin onlar üçün uğurlu alındığını bildirib: "Avropa Gənclər Olimpiya Festivalında (EYOF), Avropa çempionatında, həm də Zaqrebdəki turnirdə komanda hesabında birinci olduq. Tarixi nəticə əldə etdiyimiz üçün çox sevinirik".

Rüstəm Alimli çox güclü heyətlə Xorvatiyaya gəldiklərini vurğulayıb: "Bütün idmançılardan medal gözləyirdik. Dünya çempionatı çox güclü yarışdır. Mübarizəyə lider ölkələr qatılır. Oğlanlardan ən azı iki qızıl medal gözləyirdik. Amma ümumilikdə beş idmançımız final görüşünə çıxdı. Mirxaliq İskəndərov (55 kq) və Əbil Yusubovun (66 kq) da əsas mükafata sahib olacağına ümid edirdik. Biri bürünc, digəri gümüş medal əldə etdi. Yenə də yaxşı nəticədir. Daha əvvəl mundiallarda belə göstəricilərimiz olmayıb".

Baş məşqçi 50 kq-da finalda iki Azərbaycan təmsilçisinin, Nihad Məmişov (qızıl) və Məhəmməd Məmişovun mübarizə aparmasına da toxunub: "Çox maraqlı qarşılaşma alındı. Nihad özündən böyük idmançılarla yarışdı. O, növbəti ildə də yeniyetmələrdə qüvvəsini sınayacaq".

Mütəxəssis son olaraq yeniyetmə cüdoçuların gənclərin və böyüklərin turnirlərində də uğurlu çıxış edəcəyinə inandığını söyləyib: "Keçən il baş məşqçi təyin olunmuşam. Azərbaycan cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev, vitse-prezident Elnur Məmmədli və baş katib Rəşad Rəsullu mənə inandılar. Nəticələrdən əlavə, yeniyetmələrin gənclərə, oradan böyüklərə uyğunlaşmaları yönündə tapşırıqlar verilib. Bu yarışda nəticə qazanan idmançılar gənclər və böyüklərdə də uğurlu çıxış edəcəklər. 2028-ci ildə baş tutacaq Yay Olimpiya Oyunlarında ən azı iki idmançımız medal qazanacaq".

Qeyd edək ki, yığma fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Fərdi
Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Fərdi
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Fərdi
Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərdi
Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Fərdi
Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Fərdi
"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

Fərdi
Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Fərdi
Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək