“Araz-Naxçıvan”ın baş məşqçisi: “Hakimlər bizi “yıxıb-sürüdülər” - MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Hakimlər bizi “yıxıb-sürüdülər” - MÜSAHİBƏ

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni dayandırıb.

A qrupunda yer alan Azərbaycan çempionu Latviyada təşkil olunan oyunlarda “İstanbul Şişli” (Türkiyə - 9:1) və “Yan Reqensburq” (Almaniya – 5:0) üzərində qələbə qazansa da, yerli komanda “Riqa”ya 3:8 hesabı ilə məğlub olaraq, ikinci yerlə kifayətlənib.

Bu, həm də bir müddət əvvəl “Araz-Naxçıvan”a təyin olunan Vitali Borisovun baş məşqçi kimi ilk böyük turniri idi.

“QELEBE.AZ”un suallarını cavablandıran 41 yaşlı mütəxəssis komandanın uğursuz çıxışının səbəblərini açıqlayıb.

- Çempionlar Liqasının ilkin mərhələsində yer aldığınız A qrupundakı çıxışınızı necə dəyərləndirirsiniz?
- Növbəti mərhələyə yüksələ bilmədiyimiz üçün ümumi çıxışımızı mənfi qiymətləndirirəm. Düzdür, ilk iki görüşdə qələbə qazandıq. Amma “Riqa” önündə öz oyunumuzu göstərə bilmədik. Heç-heçə də bizi qane etmirdi. Çünki digər qrupda liderlər bir-biriləri ilə bərabərə qalmışdılar. Bu səbəbdən bizə mütləq qələbə lazım idi. Fikrimcə, Latviya komandasını məğlub etmək olardı.

- Bunun üçün nə çatmadı?
- Öz səhvlərimizdən qollar buraxdıq. Hakimlər də rəqibə kömək edirdilər. Referilər, demək olar ki, bizi “yıxıb-sürüdülər”. Amma bunu bəhanə gətirmək istəmirəm.

- Yəni matçın Latviyada keçirilməsinin hakimlərin qərarlarına təsiri oldu?
- Əlbəttə, təsiri oldu. “Riqa” həm öz meydanında çıxış edirdi, həm 5 legionerləri var idi. Üstəlik, Rikardinyo kimi futzalçıya sahib idilər. Bu cür nüfuzlu oyunçunun heyətlərində yer alması hakimlərdə təzyiqə səbəb olmuşdu. Bizə oynamaq imkanı vermirdilər. Üçüncü qoldan əvvəl Rikardinyo kobudluq etdi, referilər oyunu saxlamadılar, nəticədə rəqib fərqləndi.

- Hakimlik ədalətli olsaydı, “Riqa”nı məğlub edərdiniz?
- Sırf hakimliklə əlaqələndirmək də istəmirəm. Turnirdən əvvəl yüksək səviyyəli komandalarla yoxlama görüşləri az keçirdik. Uşaqlar, xüsusən də, liderlərimiz öz imkanlarından aşağı çıxış etdilər.

- Belə bir fikir səsləndirilir ki, Vitali Borisov hələ gəncdir, baş məşqçilik üçün tez idi. Sizin buna münasibətiniz necədir?
- Gənc məşqçi olmağım fikri ilə razıyam. Mənim üçün ilk təcrübə oldu. Ancaq köməkçilərim təcrübəli mütəxəssislərdir. Üçümüz nomal tandem yaradaraq, bir-birimizə kömək edirdik. Məşqçi kimi gənc olsam da, 20 ildir futzaldayam, uşaqların çoxunu tanıyıram. Birinci turnirimin uğurlu olmasını çox istəyirdim. Ancaq alınmadı.

- “Araz-Naxçıvan”ın bundan sonrakı hədəfi nə olacaq?
- Hədəfimiz yenə Azərbaycan çempionatının qalibi olmaq, güclü heyət formalaşdıraraq, növbəti avrokubok mövsümündə daha yaxşı nəticə göstərməkdir. “Araz-Naxçıvan”ın hədəfləri dəyişməz qalacaq.

- Heyətdə dəyişiklik planlaşdırılır?
- Məncə, hazırkı heyətlə davam edəcəyik. Bəlkə qış transfer dönəmində yeni oyunçularla güclənə bilərik. Bununla bağlı indidən nəsə demək üçün tezdir.

- Viza problemi ilə üzləşdikləri üçün Latviyaya gedə bilməyən özbəkistanlı oyunçular Husniddin Nişonov və Dilşod Rahmatov komandadan ayrıldılar?
- Hər iki futzalçı çox güclü idi. Təəssüf ki, onlar bizimlə gedə bilmədilər. Komandamız üçün ciddi itki idi. Hazırda öz ölkələrində, Özbəkistan yığmasının heyətindədirlər. Dünya çempionatına hazırlaşırlar. Bildiyiniz kimi, mundial Özbəkistanda təşkil olunacaq. Onların rəhbərliyi oyunçuların ölkələrində qalmalarını istəyir. Yəqin ki, qışda onlarla söhbət edəcəyik.

- Siz eyni zamanda Azərbaycan millisinin baş məşqçisisiniz. Yığma sentyabrda DÇ-2024-ün elit mərhələsində mübarizəyə start verəcək. Təlim-məşq toplanışına nə vaxt başlayacaqsınız?
- Artıq 2-3 gündən sonra Bakıda olan oyunçularla bir araya gələrək məşqlərə başlayacağıq. UEFA-nın "pəncərə"si açılanda ölkə xaricində olan milli üzvləri də gələcəklər.

- A qrupunda Rumıniya, Niderland və Qazaxıstanla qarşılaşacaqsınız. Şansınızı necə qiymətləndirirsiniz?
- Qrupda birinci yerin sahibi birbaşa dünya çempionatına vəsiqə qazanacaq. İkinci olanlar isə pley-offda mübarizə aparacaqlar. Məqsədimiz ilk iki yerdən birini tutmaqdır. Əlbəttə ki, qrup birinciliyi daha yaxşı olar.

- Ən çox hansı rəqibdən çəkinirsiniz?
- Hər üçündən. Hamısı eyni səviyyəli yığmalardır. İndi bütün komandalar oynamağı bacarırlar. Rumıniya millisində 4 braziliyalı futzalçı var. Niderlandda yerli oyunçulardır və sürətlə inkişaf edirlər. Onların baş məşqçisi Migel Morenonu yaxşı tanıyıram. “Dila”da oynadığım zaman məşqçim idi. Hətta bir ara Azərbaycan millisində köməkçi məşqçi kimi də fəaliyyət göstərib. Niderland yığmasında yaxşı kollektiv qurub. Bir sözlə, işimiz asan olmayacaq.

Futbol
Felipe Santos: “Qarabağ”la oyunlarda gücümüzü göstərdik” - MÜSAHİBƏ

Felipe Santos: “Qarabağ”la oyunlarda gücümüzü göstərdik” - MÜSAHİBƏ

Futbol
"Neftçi"nin baş məşqçisi Rumıniya yığmasına rəhbərlik edə bilər

"Neftçi"nin baş məşqçisi Rumıniya yığmasına rəhbərlik edə bilər

Futbol
"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

Futbol
Azərbaycan millisinin qapıçısı: "Səhvlərdən nəticə çıxarmaq lazımdır"

Azərbaycan millisinin qapıçısı: "Səhvlərdən nəticə çıxarmaq lazımdır"

Futbol
Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Futbol
Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Futbol
"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

Futbol
AFFA rəsmisi və "Qarabağ"ın nümayəndəsi UEFA-nın tədbirinə qatılıb

AFFA rəsmisi və "Qarabağ"ın nümayəndəsi UEFA-nın tədbirinə qatılıb

Futbol
"Zirə" klubunda yeni məşqçi təyin olunub

"Zirə" klubunda yeni məşqçi təyin olunub

Futbol
Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Futbol
"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

Futbol
İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib