Dünya çempionatı: kişilər və qadınlar arasında daha bir növdə qaliblər müəyyənləşib

Dünya çempionatı: kişilər və qadınlar arasında daha bir növdə qaliblər müəyyənləşib

Bakıda təşkil edilən dünya çempionatında kişilər və qadınlar arasında 10 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə qaliblər müəyyənləşib.

“Report”un məlumatına görə, kişilərin yarışında ilk iki yeri ukraynalı idmançılar tutublar.

Denis Bablyuk 384 xalla çempion olub, İqor Kizima 381 xalla gümüş medala yiyələnib. Kizima ilə eyni xal toplayan Kris Qrosshem üçüncülük əldə edib. Komanda növündə Ukrayna birinci, Finlandiya ikinci, Cənubi Koreya üçüncü olub.

Qadınların mübarizəsində Qazaxıstan təmsilçisi Aleksandra Saduakassova (378) dünya çempionluğunu qazanıb. Onun 18 yaşlı həmyerlisi Zuxra İrnazarova eyni xalla ikinciliyi bayram edib. Ukraynalı Valentina Qonçarova isə (370 xal) bürünc medal alıb. Komanda növündə Qazaxıstan birinci, Ukrayna ikinci yeri tutub.

Kişilərin yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Denis Bablyuk mükafatlandırma mərasimindən sonra təəssüratlarını bölüşüb: “Yarış çox çətin keçdi. Amma diqqətimizi cəmləyib uğur qazana bildik. Nəticədə həm fərdi, həm də komanda yarışında uğur qazandıq. Çempionat da çox gözəl təşkil olunub. Bakı Atıcılıq Mərkəzi yüksək səviyyədədir. Burada hər şey əladır. Təşkilatçılıq ideal səviyyədədir. Yaradılan şəraitə görə hər birinizə təşəkkür edirik”.

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Fərdi
Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirib

Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirib

Fərdi
Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Fərdi
Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Fərdi
Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Fərdi
AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

Fərdi
İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

Fərdi
Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Fərdi
ACF-in baş katibi: "Dünya çempionatında hər çəkidə medal gözləyirik"

ACF-in baş katibi: "Dünya çempionatında hər çəkidə medal gözləyirik"

Fərdi
İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində debüt döyüşünə çıxacaq

UFC: Nəriman Abbasov iddiaçılar turnirində debüt döyüşünə çıxacaq

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb