Millinin sabiq futbolçusu: “Azərbaycan qapıçılıq məktəbinin gələcəyini parlaq görürəm”

Millinin sabiq futbolçusu: “Azərbaycan qapıçılıq məktəbinin gələcəyini parlaq görürəm”

“Azərbaycan qapıçılıq məktəbinin gələcəyini parlaq görürəm”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə deyib.

Hazırda AFFA-nın Texniki direktoru vəzifəsində çalışan 44 yaşlı mütəxəssis ölkədə istedadlı gənclərin yetişdiyini düşünür: “Artıq yeni nəsil qapıçılarımız gəlir. Aşağı yaş qrupu üzrə yığmalarımızın kifayət qədər yaxşı qolkiperləri var. Yusif İmanov “Sabah”da müntəzəm çıxış edir, Rza Cəfərov “Neftçi”də oynamağa başlayıb. Ümumiyyətlə, qapıçılıq problemi 1-2 ilə düzələn deyil. Gərək nəsil dəyişikliyi olsun ki, yeni qüvvə gəlsin. Məncə, yaxın gələcəkdə həmin nəsil dəyişikliyi baş verəcək. O zaman rəqabət daha güclü olacaq. Əcnəbi məşqçilər azərbaycanlı qapıçılara daha çox inanırlarsa, yerli mütəxəssislər də buna diqqət yetirə bilərlər”.

C.Həsənzadənin fikrincə, Azərbaycanda təcrübəli qapıçıların durumu son illər dəyişməz qalır: “Böyük dəyişiklik olmayıb. Millinin əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin ardıcıl səhvləri bəlkə də onda özünəinamı bir qədər azaldıb. İstənilən qapıçının karyerasında eniş yaşadığı dönəm olur. Milli üzvünü 1-2 səhvinə görə siyahıdan silmək doğru deyil”.

O, Azərbaycan yığmasının sentyabrda keçirəcəyi oyunları Şahruddinin Məhəmmədəliyev üçün şans hesab edir: “Keçmişdə oyun praktikası olmadan milliyə çağırılan və uğurlu çıxışı sayəsində klubundakı mövqeyini qaytaran qapıçılarımız olub. Düşünürəm ki, yığmanın qarşıdakı toplanışı da Şahruddin üçün bu baxımdan şans olar. Çünki millidə onu daha çətin sınaqlar gözləyir. Ora başqa arenadır. Şahruddinin düşdüyü durumu yaxşı başa düşürəm. Yığmanın sentyabrda gerçəkləşəcək matçlarında əsas heyətdə meydana çıxsa, maksimum gücünü ortaya qoyacağına inanıram. Bunun sayəsində özünəinamını bərpa edə və klubundakı vəziyyətini yaxşılaşdıra bilər”.

Qeyd edək ki, sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə qarşılaşacaq Azərbaycan millisi üç gün sonra İordaniya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək.

Futbol
"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib

"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib

Futbol
“FİFA” Messi ilə bağlı paylaşımı silib

“FİFA” Messi ilə bağlı paylaşımı silib

Futbol
“Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın edib

“Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın edib

Futbol
Dünya çempionatının ən yaxşı gənc futbolçusu PSJ-yə keçə bilər

Dünya çempionatının ən yaxşı gənc futbolçusu PSJ-yə keçə bilər

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Futbol
"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

Futbol
"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

Futbol
"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

Futbol
DÇ-2022: Seneqal Qətəri məğlub edib

DÇ-2022: Seneqal Qətəri məğlub edib

Futbol
Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Futbol
Modriç və Ronaldu yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldu yenidən komanda yoldaşı ola bilərlər

Futbol
Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub