Braziliyalı futbolçu: "Azərbaycan Premyer Liqası Ukrayna çempionatına daha yaxındır"

Braziliyalı futbolçu: "Azərbaycan Premyer Liqası Ukrayna çempionatına daha yaxındır"

"Premyer Liqanız Ukrayna çempionatına daha yaxındır".

"QELEBE.AZ" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Vanderson Melo klubun rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı yarımmüdafiəçi komandaya və ölkəyə tam uyğunlaşdığını bildirib.

Braziliyalı buraya gələnə qədər Ukrayna və Belarusda da çıxış etdiyini xatırladıb: "Rus dilində də qismən danışıram, bu da çox köməyimə çatır. Kollektivdə İqor Ribeyro və Nuno Rodrigeslə daha çox ünsiyyət qururam. Onlar portuqal dilində danışırlar. Burada darıxmıram".

Oyunçu "Sumqayıt"la heç-heçə (1:1) etdikləri IV turun matçına da toxunub: "Birinci hissədə yaxşı oynamadıq. Fasilədən sonra toparlandıq, məşqlərdə, eləcə də oyundan əvvəl baş məşqçinin bizdən istədiyini meydanda tətbiq etməyə çalışdıq. Yəni ikinci hissədə oyunumuzu nümayiş etdirməyi bacardıq".

Vanderson komandanın yeni qurulduğunu diqqətə çatdırıb: "İndiyədək Premyer Liqada 4 oyun keçirmişik. Hətta elə alındı ki, gecə yol gəlib, səhər meydana çıxan futbolçumuz oldu. Buna görə də uyğunlaşma üçün vaxta ehtiyac var. Demək olar ki, heyətimizin 90 faizi yenidir. Amma arxada qalan 4 görüşü təhlil etsək, “Qarabağ”a qarşı daha yaxşı oynadığımızı deyə bilərəm. İlk matçımız da pis alınmadı. Fərqlənmək üçün epizodlarımız oldu. Təəssüf ki, hər iki qarşılaşmada uğur qazana bilmədik. Uyğunlaşma prosesini tez keçsək, nəticələrimiz yaxşılaşacaq".

Yarımmüdafiəçi V turda “Kəpəz”lə oyunun maraqlı keçəcəyini vurğulayıb: "Onlar da xoş təsir bağışlayırlar. Məncə, ilk mini finalımız olacaq. Bilirsiniz ki, turnir cədvəlində 4 komandanın 4 xalı var. Bu baxımdan oyunu final hesab etmək olar. Qələbə qazanan bir addım önə keçəcək. Ciddi hazırlaşırıq, baş məşqçinin dediklərini düzgün etməyə çalışırıq ki, yekunda yaxşı nəticə qazanaq. Həm də bu, Bakıdan kənarda keçirəcəyimiz ilk matç olacaq".

O, son olaraq çempionatın maraqlı keçdiyini söyləyib: "İstər turnir cədvəlinə baxsaq, istərsə də oyunlara diqqət yetirsək, gərgin mübarizənin getdiyini görürük. Bütün komandalar meydana qələbə qazanmaq məqsədilə çıxırlar. Bu, yaxşı haldır. Hazırda bizim komandada uyğunlaşma prosesi gedir. Futbolçuların uyğunlaşması başa çatdıqdan sonra daha yaxşı oynayacaq, uğurlu nəticələrimizlə sevindirəcəyik".

Futbol
"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

Futbol
“Everton” klubu satılır

“Everton” klubu satılır

Futbol
Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Futbol
Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
Laurentsiu Reqekampf: "Azarkeşlər qarşısında çox utanıram"

Laurentsiu Reqekampf: "Azarkeşlər qarşısında çox utanıram"

Futbol
Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub

Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub

Futbol
İlin 9 ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub

İlin 9 ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub

Futbol
Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Futbol
Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Futbol
"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

Futbol
Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Futbol
Qurban Qurbanov: "Hakimlər kənarda qalıb, VAR sistemi işləyir"

Qurban Qurbanov: "Hakimlər kənarda qalıb, VAR sistemi işləyir"