Səbuhi Səfiyarlı: "Qarabağ"ın hazırkı qrupu ötənilki ilə müqayisədə vahiməli deyil"

Səbuhi Səfiyarlı: "Qarabağ"ın hazırkı qrupu ötənilki ilə müqayisədə vahiməli deyil"

"Hazırkı qrup ötənilki ilə müqayisədə o qədər də vahiməli deyil".

Bunu "Report"a açıqlamasında futbol eksperti, menecer Səbuhi Səfiyarlı "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

O, 2022/2023 mövsümündə ölkə çempionunun "Nant", "Olimpiakos" və "Frayburq"la mübarizə apardığını və Konfrans Liqasında pley-offa yüksəldiyini xatırladıb: "Düşünürəm ki, bu dəfə də komandamızı ən azı yazda avrokuboklarda görə biləcəyik".

Səfiyarlı Azərbaycan təmsilçisinin görüşlərinin çətin olacağını vurğulayıb: "Komanda püşkatmada ikinci səbətdə yer aldığı üçün hamı III və IV səbətdən münasib rəqiblərin gələcəyini ehtimal edirdi. Çünki birinci səbətdən güclü klubun düşəcəyi gözlənilən idi. Amma bəlkə də III və IV səbətin ən güclüləri gəlib. Bu səbəbdən komandanın püşkatmada bəxtinin gətirmədiyini demək olar. Çünki daha uyğun rəqiblər var idi. "Molde"ni "Qalatasaray"la matçlardan xatırlayırıq, yaxşı mübarizə aparmışdılar. Türkiyə çempionu ilə dueldə futbol oynaya biləcəklərini göstərdilər".

Menecer Almaniyanın "Bayer 04" klubu haqqında nəsə deməyə ehtiyacın olmadığını söyləyib: "Rahat rəqib deyil, lakin "Qarabağ" ötən mövsüm "Frayburq"a qarşı heç də pis oyun sərgiləmədi".

Futbol eksperti İsveç çempionu "Hakken"in cari mövsümdə avrokuboklarda yalnız Çempionlar Liqasında penaltilər seriyasında uduzduğunu xatırladıb: "Demək olar ki, daha sonra bütün rəqiblərinə qalib gəliblər. Asan komanda deyil. "Qarabağ" şimal ölkələrinin kollektivlərinə qarşı çətinlik çəkir. Çünki atletik futbol sərgiləyirlər. Bir sözlə, təmsilçimizi qrupda çətin mübarizə gözləyir".

Qeyd edək ki, "Qarabağ" H qrupunda Almaniyanın "Bayer 04", Norveçin "Molde" və İsveçin "Hakken" komandaları ilə üz-üzə gələcək.

Futbol
Şota Arveladze istefaya göndərilib

Şota Arveladze istefaya göndərilib

Futbol
“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

Futbol
Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Samir Abasov: "Komandanın üzərində dəmir yumruq da olacaq"

Samir Abasov: "Komandanın üzərində dəmir yumruq da olacaq"

Futbol
AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

Futbol
La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

Futbol
Qurban Qurbanov: "Məşqçi olmasaydım, mən də minifutbolda iştirak edərdim"

Qurban Qurbanov: "Məşqçi olmasaydım, mən də minifutbolda iştirak edərdim"

Futbol
DÇ-2022: Qana yığması Qətərə forma aparmağı unudub

DÇ-2022: Qana yığması Qətərə forma aparmağı unudub

Futbol
Messi "Benfika" ilə oyunu buraxacaq

Messi "Benfika" ilə oyunu buraxacaq

Futbol
İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

Futbol
Çempionlar Liqası: Daha 3 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 3 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək

Premyer Liqa: "Sabah" "Səbail"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək