"Qarabağ" üçün tanış rəqib: "Molde" Norveçin ən dəyərli ikinci klubudur

"Qarabağ" üçün tanış rəqib: "Molde" Norveçin ən dəyərli ikinci klubudur

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan Norveçin "Molde" klubu 1911-ci ildə yaradılıb.

"QELEBE.AZ" xatırladır ki, ilk dəfə "İnternational" adlanan Skandinaviya təmsilçisi 1915-ci ildən "Molde" adı ilə fəaliyyət göstərir.

Komanda ev oyunlarını 11 249 azarkeş tutumuna malik "Aker" stadionunda keçirir. Klubun prezidenti Odd İvar Moen, baş məşqçisi Erlinq Moedir.

"Molde" 2011, 2012, 2014, 2019 və 2022-ci illərdə Norveç çempionu olub, 1994, 2005, 2013, 2014 və 2022-ci illərdə isə ölkə kubokuna sahib çıxıb. UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan iki Norveç təmsilçisindən biridir, digəri isə “Rusenborq”dur.

1957/1958 mövsümü istisna olmaqla, klub 1970-ci ilə qədər aşağı liqalarda yer alıb. 1974-cü ildə yenidən elitada çıxış edən "ağ-göylər" çempionatı ikinci sırada başa vurublar. 2006-cı ildə aşağı dəstəyə yuvarlanan komanda bir il sonra yüksək liqaya qayıtmağa müvəffəq olub.

Norveç millisinin məşhur sabiq futbolçusu Ule Qunnar Sulşer 1995-1996-cı illərdə bu klubda çıxış edib və 42 oyunda 31 qolla yadda qalıb. O, daha sonra 2011-2014 və 2015-2018-ci illərdə baş məşqçi kimi də fəaliyyət göstərib.

Hazırkı heyət əsasən norveçli oyunçulardan ibarətdir. Legionerlər danimarkalı Anders Hagelskyer və ABŞ-dan olan Kristian Kappisdir.

"Qarabağ" üç il əvvəl də bu komanda ilə üz-üzə gəlib. "Köhlən atlar" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibinə 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında yenilib - 5:6. Cütün taleyi koronavirus pandemiyası səbəbindən bir oyunda müəyyənləşib və qarşılaşma UEFA-nın qərarına əsasən Kiprdə gerçəkləşib.

Komandanın heyətinin “transfermarkt” portalında ümumi dəyəri 19,55 milyon avrodur. Bu isə Norveçdə “Bude/Qlimt”dən (30,15 milyon avro) sonra ən yaxşı ikinci göstəricidir.

Qeyd edək ki, "Qarabağ" bu rəqibə qarşı ilk matçını I turda, sentyabrın 21-də Bakıda keçirəcək. V turun qarşılaşması isə noyabrın 30-da Norveçdə olacaq.

Futbol
"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

Futbol
"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda hesab açılıb

Şimali Makedoniya - Azərbaycan oyununda hesab açılıb

Futbol
"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

Futbol
FIFA Mahir Emrelini cəzalandırıb

FIFA Mahir Emrelini cəzalandırıb

Futbol
Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Futbol
Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Futbol
Qətər dünya çempionatından sonra Asiya Kubokuna da ev sahibliyi edəcək

Qətər dünya çempionatından sonra Asiya Kubokuna da ev sahibliyi edəcək

Futbol
Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Futbol
"Fənərbağça" ABŞ millisinin hücumçusunu transfer edib

"Fənərbağça" ABŞ millisinin hücumçusunu transfer edib

Futbol
Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Futbol
Messi növbəti "Qızıl top" mükafatı üçün əsas namizəd hesab olunur

Messi növbəti "Qızıl top" mükafatı üçün əsas namizəd hesab olunur