"Qəbələ"nin baş məşqçisi: "Artıq UEFA Gənclər Liqasında bir mərhələ keçmək istəyirik"

"Qəbələ"nin baş məşqçisi: "Artıq UEFA Gənclər Liqasında bir mərhələ keçmək istəyirik"

"Artıq bu mövsüm ən azı bir mərhələ keçmək istəyirik".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasının I mərhələsində Macarıstanın "Puşkaş Akademiya"ya rəqib olmaları barədə danışarkən deyib.

Mütəxəssis çox çalışaraq məqsədlərinə çatacaqlarına inandıqlarını bildirib: "Digər potensial komandalara baxanda Macarıstan təmsilçisini bizim üçün ən münasib rəqib saymaq olar. Buna baxmayaraq, onlara hörmətlə yanaşırıq. Son iki mövsümdə bu turnirdə üz-üzə gəldiyimiz klublar həddindən artıq güclü idi".

Xəlilov "Puşkaş Akademiya"nın özləri kimi gənc klub olduğunu diqqətə çatdırıb: "Onları təhlil etmək üçün kifayət qədər vaxtımız var. Artıq bizim Əvəzedicilər Liqası da bərpa edilib və orada rəqabət çox yaxşıdır. İlk iki turdakı nəticələr bunu deməyə əsas verir. Bu da bizə yaxşı mənada təsir edir".

Mütəxəssis U-19 millisində də forma geyinən oyunçuları - Murad Musayev, Samir Ağayev və Elmir Hüseynlinin hərbi xidmətə yollandıqları üçün komandaya kömək edə bilməyəcəklərini söyləyib.

Xəlilov növbəti raunddakı potensial rəqibləri barədə hələlik danışmaq istəməyib və ilk hədəflərinin bir mərhələ adlamaq olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, "Qəbələ" "Puşkaş Akademiya" ilə ilk görüşünü oktyabrın 4-də evdə keçirəcək. Cavab matçı isə oktyabrın 25-də səfərdə baş tutacaq. Cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin güclüsü ilə görüşəcək.

Futbol
UEFA Emre Belözoğlunu cəzalandırıb

UEFA Emre Belözoğlunu cəzalandırıb

Futbol
Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Futbol
Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Futbol
“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

Futbol
"Rubin"in sabiq futbolçusu həbs olunub

"Rubin"in sabiq futbolçusu həbs olunub

Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

Futbol
Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol
"İnter" 12 ildən sonra "Barselona"ya qalib gəlib

"İnter" 12 ildən sonra "Barselona"ya qalib gəlib

Futbol
Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Futbol
"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

Futbol
UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

Futbol
Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Ötən ilin ən yaxşı hakimi müəyyənləşib