Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Sentyabrın 2-də Bakıda start götürəcək Karate1 Premyer Liqa turnirində iştirak edəcək Azərbaycan millisinin üzvləri bəlli olub.

Azərbaycan Milli Karate Federasiyasından "Report"a verilən məlumata görə, 3 gün davam edəcək yarışda ölkəni 16 karateçi təmsil edəcək.

Kişilərin baş məşqçisi Qurban Tağıyev 60 kq çəki dərəcəsində Əminağa Quliyev və Sultan Hüseynovu, 67 kq-da Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Rafiz Həsənovu, 75 kq-da Fərid Ağayevi, 84 kiloqram çəki dərəcəsində Turqut Həsənov, Pənah Abdullayev və Ayxan Mamayevi, +84 kq çəkidə isə Asiman Qurbanlı və Murad Hacızadəni heyətə cəlb edib. Böyük məşqçi Şahin Xudaverdiyev və Rəşad Hüseynov da idmançıları yarışda müşayiət edəcək.

Qadınların baş məşqçisi Denis Morozov İnci Əzizovanın (50 kq), Mədinə Sadiqovanın (55 kq), Ayla Rzazadənin (61 kq), İrina Zaretskayanın (68 kq) və Fəridə Əliyevanın (+68 kq) liqa turnirinə qatılmasına üstünlük verib.

Premyer Liqanın Bakı mərhələsində 58 ölkədən 347 tannmış karateçi iştirak edəcək. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçiriləcək. 12 kateqoriyanın hər birində 32-dək idmançı mübarizə aparacaq. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Fərdi
"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb

"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bürünc medal qazanıb

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bürünc medal qazanıb

Fərdi
Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək

Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək

Fərdi
AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

Fərdi
"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Fərdi
Azərbaycan şahmatçıları Mahaçqalada Əziz Əliyevin xatirəsinə həsr edilmiş turnirə qatılıblar

Azərbaycan şahmatçıları Mahaçqalada Əziz Əliyevin xatirəsinə həsr edilmiş turnirə qatılıblar

Fərdi
Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb