İspaniya futbolunun rəhbəri qalmaqaldan sonra vəzifəsini tərk edəcək

İspaniya futbolunun rəhbəri qalmaqaldan sonra vəzifəsini tərk edəcək

İspaniya Kral Futbol Federasiyasının müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan rəhbəri Luis Rubiales tutduğu postu tərk etmək qərarına gəlib.

“QELEBE.AZ”un məlumatına görə, o, bu barədə Pirs Morqana müsahibəsində bildirib.

“Bəli, mən istefa verirəm. Çünki işimi davam etdirə bilmirəm”, - Rubiales deyib. Həmçinin Rubiales mediaya yaydığı açıqlamada Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) vitse-prezidenti vəzifəsindən də istefa verdiyini bildirib.

“Bu gün saat 21:30-da istefa ərizəmi federasiya prezidenti vəzifəsini icra edən Pedro Roçeya təqdim etdim. Mən də UEFA-nın vitse-prezidenti vəzifəsindən istefa verdiyimi ona bildirdim ki, məni əvəz etsinlər. FİFA tərəfindən vəzifəmdən kənarlaşdırıldıqdan, eləcə də mənə qarşı aparılan digər proseslərdən sonra bəlli oldu ki, vəzifəmə qayıda bilməyəcəm”.

Avqustun 20-də İspaniya yığması İngiltərə yığmasını məğlub edərək (1:0) ilk dəfə qadınlar arasında dünya çempionatının qalibi olub. Mükafatlandırma mərasimində Rubiales medalı komandanın oyunçusu Hennifer Hermosoya taxıb və futbolçunun dodaqlarından öpüb.

Avqustun 26-da Beynəlxalq Futbol Federasiyasının nizam-intizam komitəsi Rubialesin İspaniya Kral Futbol Federasiyasının prezidenti vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılması barədə qərar qəbul edib.

Hermoso Rubialesə qarşı prokurorluğa şikayət edib. Sentyabrın 8-də İspaniya prokurorluğu cinayət işi açıb. İspaniyanın “Relevo” portalı Rubialesin İspaniya Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinsi təcavüzdə ittiham edildiyini yazıb. Məhkəmə funksionerin təqsirli olduğunu sübut edərsə, o, bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Futbol
"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
"Nant"ın futbolçusu "Qarabağ"a qarşı oynayacağı üçün sevinir

"Nant"ın futbolçusu "Qarabağ"a qarşı oynayacağı üçün sevinir

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

Futbol
"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

Futbol
Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Futbol
“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

Futbol
"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

Futbol
"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

Futbol
Tahir Süleymanov: "Hakimlərin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil"

Tahir Süleymanov: "Hakimlərin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil"