Canni De Byazi: “İordaniya kağız üzərində böyük səslənməsə də, yaxşı komandadır”

Canni De Byazi: “İordaniya kağız üzərində böyük səslənməsə də, yaxşı komandadır”

“İordaniya kağız üzərində böyük səslənməsə də, yaxşı komandadır”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İordaniya yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis matça hazır olduqlarını bildirib: “Böyük oyundan sonra bütün diqqət sabahkı matça yönələcək. Belçika ilə görüşü yaxşı keçirmişdik. Çıxışlarını izləmişəm. Maraqlı mübarizə olacaq”.

Belçika ilə matçı bir daha xatırlayan çalışdırıcı 0:1 hesablı məğlubiyyətə baxmayaraq, komandasının həmin görüşdəki performasından razılıq bildirib: “Belçikaya uduzmağımızın səbəbi qarşımızda çox güclü rəqibin olması idi. Əllərinə düşən bir şansdan da yararlandılar. Buna baxmayaraq, komandamın çıxışından razı qaldım. Kollektiv şəkildə yaxşı oynadıq. Oktyabrda baş tutacaq rəsmi görüşlər öncəsi sabah axşam bizi vacib test gözləyir. Gələn ay kimlərin heyətdə yer alıb-almayacağı da sabahkı qarşılaşmadan asılı ola bilər”.

O, rəqib qismində İordaniyanı seçmələrinin səbəbini də açıqlayıb: “İordaniya çox yaxşı komandadır. FİFA reytinqində bizdən 40 pillə irəlidədirlər. Serbiya ilə oyunda öndə olsalar da, son anda məğlub oldular. Variantımız bu komanda idi, biz də seçdik”.

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək Azərbaycan - İordaniya oyunu saat 20:00-da start götürəcək.

Futbol
Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Futbol
"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

Futbol
FIFA Serbiya milli komandasını cəzalandırıb

FIFA Serbiya milli komandasını cəzalandırıb

Futbol
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Futbol
“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

Futbol
DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb

Futbol
Region Liqasında yeni mövsümün püşkü atılıb

Region Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
Kadinin Rusiya klubuna keçidi baş tutmaya bilər

Kadinin Rusiya klubuna keçidi baş tutmaya bilər

Futbol
"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub