Azərbaycan millisinin sabiq futzalçısı: "Yığma bu mərhələni mütləq keçməlidir"

Azərbaycan millisinin sabiq futzalçısı: "Yığma bu mərhələni mütləq keçməlidir"

"Yığma bu mərhələni mütləq keçməlidir. Digər nəticə ilə barışmaq olmaz".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan millisinin sabiq futzalçısı Namiq Məmmədkərimov komandanın DÇ-2024-ün elit mərhələsindəki şansları barədə danışarkən deyib.

“Neftçi” İK klubunda çıxış edən 43 yaşlı oyunçu yığmanın çətin qrupda yer almadığını bildirib: "Niderland ilə dəfələrlə görüşmüşük. Onları Bakıda və səfərdə məğlub etmişik. Komandamız bu raundu rahat keçməlidir. Millinin təlim-məşq toplanışını izləmişəm. Hazırlıq demək olar ki, yaxşı keçib. Oyunçular üçün bütün şərait yaradılıb. Mərhələ adlayacağımıza da inanıram".

Təcrübəli futzalçı ildən-ilə bəzi ölkələrdə bu idman növünün inkişaf etdiyini diqqətə çatdırıb: "Yaxşı qrupda yer aldığımızı deyə bilərik. Çünki daha çətin kollektivlər düşə bilərdi. Bəzən elə rəqiblər olub ki, üstün olsaq da, onlara qalib gələ bilməmişik".

O, bu gün millinin səfərdə Rumıniyaya qalib gələcəyinə inandığını söyləyib: "Vitali Borisov baş məşqçi kimi də uğurlu olacaq. Ona uğurlar arzulayıram. Onun mütəxəssis kimi debüt qarşılaşmasında gözəl nəticə əldə edəcəklərinə ümid edirəm".

Məmmədkərimov hazırkı komandanı 2010-cu ildə dünya çempionatının yarımfinalına qədər irəliləyən yığma ilə müqayisə edib: "Əvvəlki uğuru təkrarlamaq üçün komanda çox güc sərf etməlidir. Həm də bəzi oyunçularda fərdi keyfiyyətlər çox da yüksək deyil. Düzünü desək, həmin dönəmlə müqayisə edəndə ustalıq səviyyəsi bir az aşağıdır. Çətin olsa da, daha da irəli getməyimizi istəyərdim. Bu, başımızın ucalığıdır".

Qeyd edək ki, Rumıniya - Azərbaycan görüşü bu gün, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Futbol
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Futbol
Dünya çempionatının ən yaxşı gənc futbolçusu PSJ-yə keçə bilər

Dünya çempionatının ən yaxşı gənc futbolçusu PSJ-yə keçə bilər

Futbol
Nunu Qomeş: "Qarabağ"ın  prezidenti kluba çox sərmayə qoyur"

Nunu Qomeş: "Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur"

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Futbol
FİFA Mahir Emrelini diskvalifikasiya edib

FİFA Mahir Emrelini diskvalifikasiya edib

Futbol
Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Futbol
İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

Futbol
Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Futbol
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
Markus Reşford 13 illik rekordu təkrarlayıb

Markus Reşford 13 illik rekordu təkrarlayıb

Futbol
Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik hökm sürür

Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik hökm sürür