AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib

AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Voleybol Konfederasiyasının (CEV) yaradılmasının 50-ci ili münasibətilə Romada təşkil olunan qala gecədə iştirak edib.

"Report" xəbər verir ki, federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev və AVF prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov CEV rəhbərliyinin dəvəti ilə tədbirə qatılıblar.

Tədbirdə çıxış edən CEV prezidenti Aleksandr Boriçiç yubileylə bağlı fikirlərini bölüşüb: "Mən burada, sizinlə birlikdə CEV-in rəsmi olaraq yaradılmasının 50 illiyini qeyd etməkdən inanılmaz dərəcədə qürur duyuram. Özümü 56 milli federasiyamıza rəhbərlik edən məşqçi kimi hiss edirəm. Keçmişimizə böyük qürurla baxırıq.

Bununla belə, gənc nəsillərə daha yaxşı imkanlar yaratmaqdan ötrü artıq indidən növbəti 50 il üçün çalışmağa başlayacağıq”.

Tədbirin fəxri qonaqlarından olan FIVB prezidenti Ari Qraça CEV prezidentini və milli federasiyaların rəhbərlərini qızıl yubiley münasibətilə təbrik edib. O, Avropa voleybolunun Boriçiçin rəhbərliyi ilə yaşadığı inkişafı xüsusi qeyd edib. A.Qraça Avropa voleybolunda bundan sonra daha da böyük işlər görüləcəyinə inamını ifadə edib.

Federasiya rəhbərləri və qonaqlar, həmçinin, kişi voleybolçular arasında İtaliyada keçirilən Avropa çempionatının üçüncü yer uğrunda və final qarşılaşmalarını izləyiblər.

Qeyd edək ki, kişi voleybolçular arasında keçirilən AVRO-2023-ün qalibi Polşa millisi olub. Çempionatın gümüş medallarını İtaliya yığması, bürünc medalları isə Sloveniya komandası qazanıb.

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
Azərbaycan millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycan millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Komanda
Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb