AMADA direktoru Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin işçi qrupunun rəhbəri ilə görüşüb

AMADA direktoru Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin işçi qrupunun rəhbəri ilə görüşüb

AMADA-nın direktoru Şəfəq Hüseynli Azərbaycanda səfərdə olan Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin işçi qrupunun rəhbəri Maria Moreira ilə görüşüb.

"Report"un məlumatına görə, görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli rəhbərlik etdiyi qurumun fəaliyyəti, təmiz idman naminə görülən işlər, narkotiklərlə mübarizə sahəsində atılan addımlar və əldə olunan nailiyyətlər barədə qonaqları məlumatlandırıb.

AMADA-nın fəaliyyətini yüksək qiymətləndirən qonaq agentliyin narkotiklərlə mübarizə sahəsində gördüyü işləri təqdirəlayiq hesab edib. Daha sonra Avropada və Yaxın Şərq Proqramına üzv olan ölkələrdə narkotiklərlə mübarizənin mövcud vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə Mərkəzin ESPAD (Alkoqol və Digər Narkotiklər üzrə Avropa Məktəb Sorğu Layihəsi) təşəbbüsü, iki qurum arasında birgə əməkdaşlıq və perspektivlər müzakirə olunub. ESPAD 40-dan çox Avropa ölkəsində müstəqil tədqiqat qrupları ilə əməkdaşlıq edir və yeniyetmələrin narkotik vasitələrdən istifadəsinin qarşısının alınması üzrə dünyanın ən böyük beynəlxalq tədqiqat layihəsidir.

Görüşdə həmçinin “EU4Monitoring Drugs” layihəsinin əlaqələndiricisi İlze Jekabson, elmi analitik Klaidas Kuçalskis, AMADA-nın Hüquq şöbəsinin müdiri Fərhad Abasov və Elm şöbəsinin rəhbəri Rüfət Efendiyev iştirak ediblər.

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Fərdi
Şəkidəki ilk idman festivalından - Reportaj

Şəkidəki ilk idman festivalından - Reportaj

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Fərdi
Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Fərdi
Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Fərdi
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Fərdi
Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi
"Formula 1" komandası yaponiyalı pilotun müqaviləsini uzadıb

"Formula 1" komandası yaponiyalı pilotun müqaviləsini uzadıb