Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

"Azərbaycan cüdo ölkəsidir, dünyada öz sözünü deyib. Azərbaycan, Gürcüstan, Niderland, İsrail güclü ölkələrdir. Polşa da bu ölkələrin arasındadır".

Bunu "QELEBE.AZ"un Qərb bürosuna açıqlamasında Polşanın cüdo millisinin baş məşqçisi Rəşad Həsənov Göygöl Olimpiya Kompleksindəki beynəlxalq təlim-məşq toplanışı barədə danışarkən deyib.

Azərbaycanlı məşqçi 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatı ərəfəsində çox gözəl hazırlıq prosesi keçdiklərini bildirib: "Bu təlim-məşq toplanışını təşkil edən insanlara təşəkkürümü bildirmək istəyirəm. Bizim üçün də çox xoşdur ki, Azərbaycan – Polşa əlaqələrini bu toplanış sayəsində möhkəmləndiririk. Biz də dünya çempionatına hazırlaşırıq. Bura 6 idmançı ilə qatılmışıq. Bunlardan 5-i mundialda təmsil olunacaq. Dünya çempionatı elə yarışdır ki, orada zəif rəqib olmur. Hamı medal qazanmaq üçün mübarizə aparır".

Həsənovun sözlərinə görə, Azərbaycandakı hazırlıq texniki-taktiki yöndədir: "Bundan əvvəl Azərbaycan millisi Polşada uzunmüddətli toplanışda idi. İyulun 28-dən avqustun 18-dək birgə hazırlıq keçmişik. Polşada fiziki hazırlığa, burada isə taktiki-texniki hazırlıqlara üstünlük verildi. Artıq Polşa millisinin nəticələrində də irəliləyiş hiss olunur".

Fərdi
İkiqat olimpiya çempionu təyyarə qəzasından sağ çıxıb

İkiqat olimpiya çempionu təyyarə qəzasından sağ çıxıb

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Fərdi
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Fərdi
Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Fərdi
Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Fərdi
Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Fərdi
Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Fərdi
AGF təmsilçilərinin Avropa Gimnastikasının müxtəlif komissiyalarına namizədliyi irəli sürülüb

AGF təmsilçilərinin Avropa Gimnastikasının müxtəlif komissiyalarına namizədliyi irəli sürülüb

Fərdi
AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

Fərdi
Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Fərdi
Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb