Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi yarımfinala yüksəlib - YENİLƏNİB
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
“QELEBE.AZ”un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov 1/4 final səddini uğurla keçib.
20 yaşlı Avropa çempionu bu raundda iranlı olimpiya çempionu Məhəmmədrza Geraini vaxtından əvvəl (10:0) məğlub edib.
Qeyd edək ki, 63 kq-da Murad Məmmədov da yarımfinala yüksəlib.
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ermənistanlı rəqibinə qalib gəlib.
“QELEBE.AZ”un məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda Qraçya Poqosyanı məğlub edib.
Rəqibini 3:1 hesabı ilə üstələyən 28 yaşlı pəhləvanımız yarımfinala adlayıb.

https://mail.qalaba.az//uploads/photo/dunya-chempionati-azerbaycanin-daha-bir-guleshchisi-yarimfinala-yukselib-yenilenib.webp











